PDF Oxu

Dünya

  • 3 126

Bu ölkə Türkiyədən 10 ədəd antidron sistemi alacaq

image

Bosniya və Herseqovina Türkiyədən Pilotsuz Uçuş Aparatlarını (PUA) zərərsizləşdirmək üçün 10 ədəd sistem alacaq. Bununla əlaqədar müqaviləni Bosniya və Herseqovinanın müdafiə naziri Zukan Helez və Türkiyənin aparıcı müdafiə sənayesi şirkəti ASELSAN-ın baş icraçı direktoru Ahmet Akyol imzalayıb.

Ölkə Silahlı Qüvvələrinin Baş Qərargahında baş tutan imzalama mərasimində çıxış edən Z.Helez hərbi sahədə əməkdaşlığa görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana və Türkiyənin milli müdafiə naziri Yaşar Gülərə, həmçinin ASELSAN şirkətinə təşəkkür edib.

O qeyd edib ki, bu müqavilə Türkiyə şirkətinin Bosniya və Herseqovina ordusuna təqdim etdiyi üçüncü mühüm texnoloji dəstəkdir. Nazir vurğulayıb ki, Türkiyədən alınan bu sistemlər hərbi obyektlərin, ölkənin müdafiə sənayesi infrastrukturunun və digər strateji əhəmiyyətli obyektlərin müasir hava təhdidlərindən qorunması üçün böyük əhəmiyyət daşıyır.

ASELSAN-ın baş icraçı direktoru Ahmet Akyol çıxışında qeyd edib ki, dünyada hava təhdidlərinin sürətlə artdığı bir dövrdə müasir antidron sistemlərinin əhəmiyyəti xeyli artıb. O həmçinin qeyd edib ki, şirkət rəhbərliyi Bosniya və Herseqovinanın müdafiə sənayesi müəssisələri ilə əməkdaşlığın genişləndirilməsi imkanlarını dəyərləndirir.

Mətləb

Digər xəbərlər

Rusiya afrikalıları müharibəyə cəlb etməyin yeni bir yolunu tapdı...

Gənc kişilərə “film layihəsi”ndə rollar təklif olunur...

Tramp Qrenlandiya ilə bağlı strategiyasını dəyişib

ABŞ yeni hərbi obyektlər alacaq və adanın statusu eyni qalacaq...

Putin Səddam Hüseyn və Xomeynini üstələdi..?

Hətta Ayətullahın belə qırğını dayandırmaq üçün cəsarəti var idi...

NATO təlim meydançalarında yeni bir şəkildə döyüşməyi öyrənir...

Ukraynanın təcrübəsi alyansı təlimlər zamanı taktikanı dəyişməyə məcbur edir...

“Taliban” Rusiya üçün vacib bir məsələdə Kremli məyus etdi

Moskva Əfqanıstanla işçi qüvvəsinin cəlb edilməsi ilə bağlı razılığa gələ bilmədi...

Rusiyadan qaçan jurnalistlər Putin haqqında həqiqəti açıqladılar

Onların kitabı Kreml sistemi haqqında mifləri dağıdır...

Milyonlarla insanın həyatı dəyişəcək...

Hindistanlı kahin Anand 2026-cı ilin payızında qlobal yenidən başlama proqnozu verdi…

“Ümid edirəm ki, sən böyük olacaqsan...”

Tramp bunu Nyu-Yorkun ilk müsəlman merinə xitabən deyib...

Le Monde: Trampın Rusiya ilə bağlı qəti seçim etməsinin vaxtıdır...

Donald Tramp Təzyiq olmadan aparılan danışıqlar heç bir nəticə verməyib...