ABŞ-ın keçmiş müdafiə naziri: Ukrayna Rusiyanın Xüsusi Əməliyyat Qüvvələrini faktiki olaraq məhv edib..
...Ukrayna Müdafiə Qüvvələri artıq Rusiya Xüsusi Əməliyyat Qüvvələrini demək olar ki, tamamilə məhv edib.
SİA-nın əldə etdiyi məlumata görə, ABŞ-ın keçmiş müdafiə naziri Mark Esper bu açıqlamanı Independence Avenue Media-ya verdiyi müsahibədə verib.
Esper hesab edir ki, Ukraynaya qarşı müharibə zamanı Rusiya ordusu iki sahədə ən böyük itkilərə məruz qalıb.
...Birincisi, Rusiya Xüsusi Əməliyyat Qüvvələri demək olar ki, tamamilə məhv edilib.
...İkincisi, "nizami" Rusiya ordusu çox ağır itkilərə məruz qalıb.
…Əgər şəxsi heyətin keyfiyyətindən danışırıqsa, onlar (yəni Rusiya – A.B.) hələ də müasir manevr müharibəsi apara bilən bir qüvvə yarada bilmirlər. Onlar müasir ordular kimi döyüşə bilmirlər, - deyə keçmiş ABŞ müdafiə naziri bildirib.
Esperin sözlərinə görə, NATO ölkələrinin orduları ilə "toqquşmalar" qəfildən baş verərsə, Rusiya qüvvələri zəif olardı.
O əlavə edib ki, Ukrayna hazırda "Avropada ən bacarıqlı və təcrübəli" ordu olduğundan, NATO-nun təhlükəsizliyini gücləndirməyə qadirdir.
Esper onu da qeyd edib ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi zamanı Rusiya Hərbi Dəniz Qüvvələri, ən azı Qara Dəniz Donanması, ciddi itkilərə məruz qalıb.
Rusiya Ordusunun hava hücumundan müdafiə qüvvələri toxunulmaz qalır, lakin onlar Ukraynanın raket və pilotsuz təyyarələrinin zərbələrini dəf edə bilmirlər.
Bundan əlavə, Rusiya strateji qüvvələri ümumiyyətlə tam hazırlıq vəziyyətindədir.
Əli Babayev
Hadisə hərbçilər və siyasətçilər arasında hiddət dalğasına səbəb olub...
Aralıq seçkilərdəki məğlubiyyət partiyanı ABŞ prezidenti ilə münasibətlərini yenidən nəzərdən keçirməyə məcbur edə bilər…
Pekində rejim üçün bir sıra təhdidlər var...
Kolorado konqresmeni demokratların dörd əsas prioritetini qeyd edib...
Rusiya iqtisadiyyatı dağılır...
Ritual rəqslər çıxılmaz vəziyyətdə...