Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə görkəmli bəstəkar, Xalq artisti Emin Sabitoğlunun həyat və yaradıcılığına həsr edilən kitab nəşr olunub.Nazirlikdən SİA-ya bildirilib ki, sənətşünaslıq üzrə elmlər doktoru, professor Ceyran Mahmudovanın ərsəyə gətirdiyi kitabda bəstəkarın həyat və yaradıcılığının əsas istiqamətləri, musiqili səhnə, simfonik əsərləri, kinofilmlərə yazdığı musiqilər və mahnılar əks olunub.“Şərq-Qərb” nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çap edilən kitab nazirliyin tabeçiliyində olan kütləvi kitabxanalara və aidiyyəti müəssisələrə paylanılacaq.
sia.az