Müxalifət

  • 11 858

ÜAK-ın ləğvindən sonra müxalifətin əlinə girəvə düşüb

image

Yaxud Rüstəm İbrahimbəyov kartı yenidən ortada

Bəlli olduğu kimi, bir müddət bundan öncə, erməni lobbisinin və Rusiyada fəaliyyət göstərən ermənipərəst siyasi dairələrin təzyiq və təhdidləri nəticəsində Ümumrusiya Azərbaycanlılar Konqresinin fəaliyyətinə məhməkə tərəfindən xitam verildi. Səbəbdə adıçəkilən təşkilatın Azərbaycanın təbliğatında oynadığı rol erməniləri və onların Rusiyadakı havadarlarını ciddi narahat edirdi. Bu günlərdə əldə etdiyimiz məlumata görə, sözügedən məsələdə Azərbaycandakı dağıdıcı müxalifət dairələrinin öz xeyirlərinə yararlanmaq istəkləri ilə bağlıdır ki, burada uzun müddətdir səsi-sorağı gəlməyən Rüstəm İbrahimbəyovun da adı hallanır.

Son dövrlərə qədər səsi-pəsi gəlməyən İbrahimbəyov bu dəfə yenidən bəzi qüvvələrin əlində oyuncağa çevrilərək, yeni təşkilatın yaradılması prosesinə qoşulmaq üzrədir

Xatırladaq ki, hələ 2013-cü il prezident seçkiləri ərəfəsində Rusiyanın anti-Azərbaycan xarakterli siyasi dairələri tərəfindən sifarişlə yaradılan "Milli Şura"nın ilk sədri və "vahid namizədi" olmuş R.İbrahimbəyovun yenidən ortaya çıxması arxasında bəzi pərdəarxası məqamlar dayanmaqdadır. Daha dəqiq desək, 2013-cü ildə onun "Milyarderlər İttifaqı"nın rəhbərliyində yer almış Söyün Sadıqovla münasibətləri nəticəsində, "Milli Şura"ya maliyyə axını başlamışdı. Ancaq R.İbrahimbəyovun "Milli Şura"nın "vahid namizədi" olmasına rəğmən, ölkəyə geri dönməməsi sonradan onun və xidmət göstərdiyi qaranlıq dairələrin gələcək planların üzərindən çalın-çarpaz xətt çəkmiş oldu. Hətta iş o yerə qədər inkişaf etdi ki, S.Sadıqov da R.İbrahimbəyovdan əlini üzməli oldu. Beləliklə, son dövrlərə qədər səsi-pəsi gəlməyən İbrahimbəyov bu dəfə yenidən bəzi qüvvələrin əlində oyuncağa çevrilərək, yeni təşkilatın yaradılması prosesinə qoşulmaq üzrədir.

Rüstəm İbrahimbəyov Abbas Abbasovun təklifini niyə rədd edib?

Bununla bağlı əldə edilən digər məlumata görə, ÜAK-ın işinə xitam verildikdən sonra digər siyasi fərd, sabiq baş nazir Abbas Abbasovun da yenidən aktivləşməsi barədə məlumatlar yayılıb. Yəni digər qaranlıq dairələrlə yanaşı, o da yeni təşkilat yaratmaq ideyası ilə çıxış edib və Moskvada fəaliyyət göstərən bəzi iş adamları ilə danışıqlara başlayıb. O cümlədən, A.Abbasov R.İbrahimbəyovun Azərbaycan əleyhinə fəaliyyət göstərən ermənipərəst qüvvələr tərəfindən ələ alınması barədə informasiyalara malik olduqdan sonra, o, bu məsələdə rejissoru yayındırmağa çalışıb, yenidən siyasi bataqlığa bulaşmaması barədə tövsiyələrini verib. Hətta A.Abbasov R.İbarahimbəyova yaradılacaq təşkilatında həmsədr olmaq təklifini də irəli sürüb.
Ancaq R.İbrahimbəyov ona edilmiş təklifləri qulaqardına vuraraq, bir sıra bəhanələr irəli sürməklə, danışıqlardan imtina edib. Ancaq tərəflər bu günlərdə telefonla əlaqə yarada biliblər. R.İbrahimbəyov isə açıq şəkildə bildirib ki, onun başqa planları var. Məhz bu cavabından sonra A.Abbasov R.İbrahimbəyovu qorxaqlıqda və xəyanətkarlıqda günahlandıraraq söhbətə son qoyub.

Əli Kərimli ilə Rüstəm İbrahimbəyov arasında gizli telefon danışığı aparılıb?

Bu arada isə, bəlli olub ki, ÜAK-ın bağlanmasının ardınca, Rusiyadakı ermpənipərəst dairələrdən yararlanmağa çalışan AXCP sədri Ə.Kərimli ilə R.İbrahimbəyov arasında gizli telefon danışığı aparılıb və birinci ikinciyə müəyyən məsələlərdə məsləhətlər verib. Söz yox ki, bütün bunlardan sonra İbrahimbəyov yenidən özünü müxalifət "lideri" kimi hiss etməyə başlayıb. Amma görünən digər məsələ isə budur ki, dağıdıcı müxalifətin Ə.Kərimli kimi simasızı ölkə və dövlət əleyhinə yönəlmiş istənilən addımlarda aparıcı rol almağa çalışır və onun Rusiyadakı emissarı R.İbrahimbəyov bu məsələdə onun üçün əla fürsətdir.
Bütün bunlara rəğmən, R.İbrahimbəyovun Azərbaycan əleyhinə fəaliyyət göstərəcək qurum yaradacağı inandırıcı görünmür. Çünki bu məsələdə ona dəstək olan yoxdur. Hətta böyük pullar hesabına olsa belə, İbrahimbəyovun təkliflərinin rədd edilməsi bəri başdan görünür.

Rövşən RƏSULOV

Digər xəbərlər