Analitika

  • 3 303

Azərbaycan və Konqo əlaqələri daha sürətlə inkişaf edəcək -ŞƏRH

image

Son hadisələrin fonunda qeyd etmək olar ki, ötən ildə də Azərbaycanın xarici siyasəti mühüm nailiyyətlərlə səciyyələndirilə bilər. Cənubi Qafqaz geosiyasi məkanının lider aktoru olan Azərbaycanın iştirakı ilə regional miqyaslı, qlobal xarakterli strateji layihələrin reallaşdırılıması, eləcə də ölkəmizin beynəlxalq nüfuzunun daha da artması, ikitərəfli və çoxtərəfli əlaqələrin möhkəmlənməsi həyata keçirilən praqmatik xarici siyasətin pozitiv nəticələridir.Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət regionda cərəyan edən siyasi, iqtisadi proseslərin axarına həlledici təsir göstərir. Məhz dövlət başçısının liderlik keyfiyyətləri əsasında bu gün Azərbaycan beynəlxalq aləmdə nüfuz sahibinə çevrilib. Azərbaycan Avropa, Asiya və Afrika qitələrini təkcə coğrafi baxımdan deyil, həm də siyasi, iqtisadi, mədəni nöqteyi-nəzərdən birləşdirən regional güc mərkəzidir.Dünya düzəni yenidən formalaşmaqdadır.Azərbaycanın xarici siyasəti də çağdaş beynəlxalq münasibətlər sisteminin çoxsaylı mürəkkəb və praktik elementlərini özündə birləşdirən, istisnasız olaraq milli maraqlara söykənən, təşəbbüskar, çevik və dinamikdir. Afrika ölkələri ilə də siyasi, mədəni, eləcə də iqtisadi əməkdaşlıq Azərbaycan üçün aktualdır.

Bunun bariz nümunəsi olaraq 4 aprel 2024-cü ildə Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun Azərbaycana səfər edərək Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü və mətbuata verdiyi bəyanat bir çox məqamları özündə əks etdirib.Verilən bəyanatlardan görünən o oldu ki, Azərbaycan Konqoda bir çox investisiya layihələrində iştirak etmək fikrindədir. Bərpa olunan enerji, kənd təsərrüfatı, energetika, mədənçilik və digər sahələrdə əməkdaşlıq üçün çox gözəl perspektivlər var. Reallıq budur ki, Azərbaycan investisiya cəlbediciliyini qorumaqla yanaşı, investisiya yatıran ölkə kimi də tanınır və nüfuz qazanır. Bu, ölkəmizin iqtisadi və maliyyə imkanlarının göstəricisidir. Təbii ki, hər bir sahədə inkişafın əsasında iqtisadi tərəqqi dayanır. Azərbaycanın iqtisadiyyatını düzgün əsaslar üzərində qurması davamlı inkişafında əhəmiyyətli rola malikdir. Hazırda Azərbaycan və Konqo müxtəlif iqtisadi sahələrdə fəal əməkdaşlıq etməkdə maraqlıdırlar. Bir çox Afrika ölkələri ilə Azərbaycan daha sıx əlaqələr qurub və ya iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətində fəal iş aparılır. Azərbaycan Afrika qitəsinin ən böyük iqtisadiyyata malik ölkələrindən biri olan Konqo ilə daha sıx əlaqələr qurmağa çalışır. İki ölkə arasında əməkdaşlıq enerji, ticarət və kənd təsərrüfatı kimi sahələrdə cəmləşib.

Ümumiyyətlə, Azərbaycan və Konqo arasında ikitərəfli iqtisadi əlaqələr müsbət dinamikasını davam etdirir və gələcəkdə də davamlı səylərlə əlaqələrin dərinləşəcəyi gözlənilir.

Elşən Səfərov

YAP Ağcabədi rayon təşkilatının məsləhətçisi

Digər xəbərlər