Analitika

  • 1 864

Unudulmayan görüş - AZƏRBAYCAN-KONQO - ŞƏRH

image

23 sentyabr 2011-ci il tarixində Nyu-Yorkda Azərbaycan Respublikası ilə Konqo Respublikası arasında münasibətlər imzalanmış “Azərbaycan Respublikası və Konqo Demokratik Respublikası arasında diplomatik əlaqələrin yaradılması haqqında Birgə Kommünike” əsasında qurulmuşdur. 4 aprel 2024-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Konqo Respublikasının Prezidenti cənab Deni Sassu-Nqessonun Bakı şəhərində geniş tərkibdə görüşü baş tutmuşdur. Görüş zamanı iki ölkə arasında həmçinin mühüm sənədlər imzalanmışdır. İmzalanan Bəyannamə iki ölkənin münasibətlərində və gələcək inkişafında təməl rolunu oynayır.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövşən Nəcəf və Konqo Respublikasının Milli Neft Cəmiyyətinin baş direktoru Maixent Raoul Ominga “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Konqo Milli Neft Şirkəti arasında təlim haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Konqo Milli Neft Şirkəti arasında “Congolaise de Raffinage” neft emalı zavodunun təkmilləşdirilməsi və genişləndirilməsi haqqında Şərtlər Razılığı”, Azərbaycan Respublikasının Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və Konqo Respublikasının ətraf mühit, dayanıqlı inkişaf və Konqo hövzəsi naziri xanım Ariette Soudan Nonault “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Konqo Respublikasının Ətraf Mühit, Davamlı İnkişaf və Konqo Hövzəsi Nazirliyi arasında ətraf mühit, təbii sərvətlərin davamlı idarə olunması və iqlim dəyişmələri üzrə əməkdaşlıq sahəsində Niyyət Protokolu” imzalanmışdır. İqtisadi sahədə də əməkdaşlıq haqqında fikir mübadiləsi aparılıb. Ölkəmiz Konqoda bir çox investisiya layihələrində iştirak etmək fikrindədir. Müzakirələr əsnasında bərpaolunan enerji və energetika sahəsində, mədənçilik və digər sahələrdən də bəhs edilib. İki ölkənin nümayəndələri bir-biri ilə bundan sonra sıx təmasda olacaqlar.

Bu gün ölkəmizdə humanitar forumlar, konfranslar və digər tədbirlər keçirilir. Keçirilən bütün tədbirlərin əsas məqsədi dünyada sülh prosesinin irəli aparılması, ədalətin bərpa olunması məsələləridir. Keçən il təsis olunmuş Bakı Təşəbbüs Qrupunun əsas məqsədi də elə dünyada baş verən yeni müstəmləkəçilik meyillərinə qarşı mübarizə aparmaqdır. Məhz Fransa bu gün də müstəmləkəçilik siyasətini davam etdirir. Uzun illər istismar etdiyi Afrika ölkələrindən əl çəkmək əvəzinə, hələ də onların müstəqilliyinə imkan vermir və neokolonizm siyasətini yürütməyə davam edir. Afrikaya hərbi müdaxilələrin heç bir təsirinin olmadığını görən Fransa qeyri-hökumət təşkilatları və gənclər vasitəsilə “yumşaq güc” siyasətini həyata keçirməyə çalışır. Əslində isə istismar sisteminə son qoymağı isə düşünmür.Rəsmi görüşün sonunda cənab prezident İlham Əliyev Konqo Respublikasının prezidenti Deni Sassu-Nqessonu COP29 tədbirində iştirak etmək üçün dəvət etmişdir. Sonda ölkəmizin başçısı söyləmişdir: “Azərbaycan COP29-un prezidenti kimi bu tədbirə çox ciddi hazırlaşır və burada Konqo ilə ikitərəfli formatda və çoxtərəfli formatda əməkdaşlıq etmək hesab edirəm ki, məqsədəmüvafiq ola bilər”.

Nigar Abdullayeva

AMEA Folklor İnstitutu YAP Yasamal rayon

ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər