Analitika

  • 5 280

XARIBÜLBÜL dünyanı Şuşanın seyrinə çağırır - TƏHLİL

image

Lider o şəxsiyyətdir ki, ona etimad göstərmiş xalqın maraqlarını bütün imkanları ilə müdafiə edir, reallaşdırır, cəmiyyətin enerjisinin səfərbər edilməsilə insanların taleyində əhəmiyyətli faktora çevrilir. Artıq 20 ildir ki, Azərbaycan xalqının etimadı əsasında ölkəyə rəhbərlik edən Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu şaxələndirərək, uğurla reallaşdırması nəticəsində perspektiv baxımdan əhəmiyyətli nəticələrin əldə olunmasına səbəbkar olub. Artıq bu gün Azərbaycan xalqı, bütün türk dünyası qürurlu günlərini yaşayır. Bu qüruru, bu sevinci bizə bəxş edən 30 il işğalçı Ermənistanın təsiri altında olan Qarabağımızın qovuşmasına 44 gün ərzində Ali Baş Komandanımız, Azərbaycan Prezidenti İlham Əliyev «Dəmir yumruq» siyasəti ilə Müzəffər Ordumuzun rəşadətli əsgər və zabitlərimizin qanı, canı bahasına Azərbaycanın hərbi-siyasi qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatını imzalamaqla Qələbə Zəfərinə nail olduq.

"QARABAĞ AZƏRBAYCANDIR!" REALLIĞI 44 GÜNDƏ – MÜMKÜNSÜZÜ MÜMKÜN ETDİ

30 ilə yaxın dilimizdən düşməyən gün o gün olsuna, ürəyimizdə qübara çevrilən, xiffətini çəkdiyimiz ata-baba torpaqlarına böyük qayıdışın arzusu, xəyalımız 44 gün ərzində gerçəkləşdi. Qarabağ münaqişəsinə xalqımızın zəfəri ilə NİDASI qoyuldu! Azərbaycan torpaqları qarış-qarış, kənd-kənd işğaldan azad edildi. 44 gün ərzində 5 şəhər, 4 qəsəbə, 286 kənd, çoxsaylı strateji yüksəkliklər işğaldan azad olundu, Silahlı Qüvvələrimiz Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli rayonlarını, Xocavəndin böyük hissəsini, Laçın rayonunun kəndlərini işğaldan azad etdi. Uzun illərdən sonra doğma torpaqlarımızda yenidən üçrəngli şanlı bayrağımız ucaldıldı. 8 noyabr isə Azərbaycan tarixinə Qələbə Günü kimi düşdü. Qarabağın tacı, ölkəmizin ən dilbər guşələrindən biri, muğamımızın beşiyi Şuşa mənfur düşmən tapdağından qurtuldu. Ali Baş Komandanımız İlham Əliyev 10 noyabr gecəsi doğma xalqını böyük zəfər xəbəri ilə müjdələdi: «Bu gün ölkəmiz üçün tarixi bir gündür. Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulur. Hesab edirəm ki, indicə imzalanmış üçtərəfli bəyanat məsələnin həlli istiqamətində son nöqtə olacaqdır".Və bu qələbədən dərhal sonra, 2020-ci il noyabr ayının 16-da Füzuli və Cəbrayıl rayonlarına, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərinə səfərləri, bu səfər çərçivəsində ölkə Prezidentinin Füzulidən Şuşa şəhərinə yol çəkilişi ilə bağlı göstəriş verməsi xalqımızda böyük ruh yüksəkliyi, qürur hissi yaratdı. Tarixi torpaqlarımıza edilən ilk səfər Böyük Qayıdışın başlanmasından xəbər verdi. Və bu gün işğaldan azad olunan torpaqlarımız dirçəlir, yeniləşir. Mədəniyyət paytaxtımız Şuşa üç il yarıma yaxındır ki, çal-çağırlı, toy-büsatlıdır.

Xüsusilə də, mayın 10-da Qarabağın taçı Şuşa şəhərində ümummilli lideri Heydər Əliyevin 101-ci doğum günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada birinci yaşayış kompleksinin açılışında iştirakı, şəhərə köçmüş ilk sakinlərlə görüşü oldu. 32 ildən sonra doğma Şuşalarına qovuşan ilk sakinlərlə görüşən Prezident İlham Əliyev çıxış edərək bir sıra məqamlara toxunub və mühüm mesajlar verib. Görüşdə ölkə başçısı qeyd edib: «32 ildən sonra siz doğma Şuşaya qayıdırsınız. Bu gözəl tarixi hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm. Siz otuz iki il vətən həsrəti ilə yaşamısınız, amma bilirəm ki, bir an da Şuşanı unutmamısınız, bilirdiniz və inanırdınız ki, siz buraya qayıdacaqsınız. Mən də bilirdim, mən də inanırdım və Prezident kimi 2003-cü ildən başlayaraq sizi və bütün keçmiş köçkünləri öz doğma vətəninə qaytarmaq üçün əlimdən gələni əsirgəmirdim».

Dövlət başçısı onu da söyləyib ki, işğal dövründə Şuşanı nə qədər erməniləşdirməyə çalışsalar da, ona nail ola bilməyiblər. Çünki Şuşa əzəldən Azərbaycan şəhəri olub, işğal dövründə də öz azərbaycançılıq simasını qoruyub saxlayıb. Əgər ermənilər bunu özlərinə doğma şəhər sayırdılarsa Şuşanı quraydılar, yaradaydılar, dağıtmayaydılar. Bir daş daş üstə qoyulmayıb: “Biz gəlmişik burada əbədi yaşamağa və bundan sonra Azərbaycan Bayrağı bu torpaqlarda əbədi dalğalanacaq».

Qalib Koiandan vurğulayıb ki, savadlı, bilikli, vətənpərvər, fiziki cəhətdən güclü, mənəvi cəhətdən formalaşan Silahlı Qüvvələrimizin rəşadəti nəticəsində 44 gün davam edən İkinci Qarabağ müharibəsində qazanılan Zəfər üçün şəhidlərimizə, qazilərimizə borcluyuq. «Azərbaycan xalqı elə bir qəhrəmanlıq, elə bir fədakarlıq göstərmişdir ki, bu gün bütün dünyada Azərbaycan oğulları haqqında danışırlar və bizim xalqımıza hörmət edirlər. Çünki biz öz haqqımızı danışıqlar yolu ilə yox, kiminsə güzəşti hesabına yox, döyüş meydanında bərpa etdik, şəhərlərimizi, kəndlərimizi azad etdik, qan tökdük, şəhidlər verdik. Bütün Azərbaycan xalqı 44 gün ərzində bir yumruq kimi birləşmişdir»,-söyləyən Qalib Komandanımız bu sözləri söyləməklə uydurduqları miflərə, işğal etdikləri torpaqlarda daimi qalacaqlarına inanan ermənilərə, işğalı əbədiləşdirməkdə israrlı olan havadarlarına çatdırdı ki, 44 günlük Vətən müharibəsində Zəfərimiz şanlı tariximizdir.

Çünki bu gün güc də bizim tərəfimizdədir, zaman da bizim mövqeyimizi gücləndirir, beynəlxalq hüquq da! Artıq bu gün bütün işğaldan azad olunmuş torpaqlarımızda Azərbaycan Bayrağını qaldırılıb.

BU TORPAQLARIN SAHİBLƏRİ BİZİK - AZƏRBAYCAN XALQIDIR

Bu torpaqların sahibi Azərbaycan xalqı olduğu üçün də haqqı, ədaləti, ərazi bütövlüyümüzü bərpa edərək öz torpaqlarımıza sahib olduq.

1992-ci il may ayının 8-də erməni təcavüzkarları tərəfindən Şuşa işğal olunsa da 2020-ci il noyabrın 8-də - 28 ildən sonra Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bu gün Müzəffər, Sarsılmaz, Şanlı Ordumuz, rəşadətli əsgər və zabitlərimizin gücü ilə 28 il həsrətində olduğumuz, Azərbaycanın ürəyi, mirvarisi, o cümlədən bütün Qafqazın mədəniyyət beşiyi olan Şuşa şəhərini düşmən işğalından azad etdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 8-də Şəhidlər Xiyabanında xalqa etdiyi müraciəti isə bütün xalqımızın Qarabağ həsrətinə məlhəm oldu. Ali Baş Komandanın tarixi müraciətindən: «Dəfələrlə Azərbaycan xalqına müraciət edərək düşmənə yumruq göstərmişdim. Demişdim ki, bu yumruq elə belə yumruq deyil. Bu, dəmir yumruqdur. Bu dəmir yumruqla düşmənin başını əzirik və əzəcəyik! Eyni zamanda, bu yumruq birliyimizin rəmzidir. Bax, bu gün Azərbaycan xalqı bu yumruq kimi birləşib! Həmişə belə olacaq! Bu birlik əbədi olacaq! Bu birlik bizə gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq. Mən bütün bu illər ərzində …Azərbaycan xalqının dəstəyini hiss etmişəm, görmüşəm, inamını, mənə olan xoş münasibəti görmüşəm. Bu, mənə güc verir. Bu, mənim siyasətim üçün əvəzolunmaz dəstəkdir. Həmişə Azərbaycan xalqını əmin edirdim ki, mən Vətənə, doğma xalqıma ləyaqətlə, sədaqətlə xidmət edəcəyəm. Şadam ki, sözümün üstündə durmuşam. Həmişə olduğu kimi, sözümə sadiq olmuşam».

Mayın 10-da Xalqımızın Ümummilli lideri Heydər Əliyevin 101-ci doğum günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada birinci yaşayış kompleksinin açılışında şəhərə köçmüş ilk sakinlərlə görüş bir daha verilən vədin reaalıqğıdır.

Bəli, bu gün artıq Prezident İlham Əliyevin rəhbərliyi və qətiyyəti ilə işğaldan azad olunmuş ərazilərin bərpası istiqamətində həyata keçirilən işlər və tədbirlər, atılan addımlar Qarabağın cənnətə çevirilməsinə hədəflənmişdir. Ancaq mənfur düşmən unutmamalıdır ki, necə ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev illərlə işğal siyasətinə son qoymaq üçün qətiyyət, iradə və prinsipiallıq nümayiş etdirdisə, indi də atdığı düşünülmüş və sistematik addımlar Qarabağın qısa zaman kəsiyində dirçəldilməsinə istiqamətlənib və Prezident İlham Əliyev bu günə qədər verdiyi bütün vədləri yerinə yetirib. Çünki sözü imzası qədər qüvvətli olan liderdir! Çünki Qalib Prezidentimiz deyir və əməl edir. Və qaçqın və məcburi köçkünlər əmindirlər ki, onlar Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət sayəsində doğma yurdlarına qayıtmaqdadır və bundan sonra da qayıdacaqlar.

Beləliklə də, dövlət başçımızın 10-da Şuşa şəhərində birinci yaşayış kompleksinin açılışında bura köçmüş sakinlərlə görüşündə söylədiyi kimi: “Biz gəlmişik burada əbədi yaşamağa və bundan sonra Azərbaycan Bayrağı bu torpaqlarda əbədi dalğalanacaq”.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər