Analitika

  • 1 375

Çindəki bank böhranı dünyaya yayılacaq? TƏHLİL

image

Dünya gündəmini zəbt edən xəbərlərdən biri də Çinin iqtisadi böhrana yaxınlaşan vəziyyətidir. Belə ki, Çinin kreditə əsaslanan inkişafı iqtisadi böyüməni dayandırıb. Daha təhlükəli məqam burasındadır ki, Çinin yaşayacağı böhran dünya iqtisadiyyatı üçün ciddi təhlükəyə çevrilə bilər. Statistikaya görə, bir həftə ərzində ölkədə 40 bank bağlanıb, 3800 maliyyə qurumu isə iflas səviyyəsinə gəlib. Belə ki, bu qurumlar istehsalçılara və yerli hökumətlərə külli miqdarda kredit verib. Beləliklə, Çinin bank sektoru ciddi böhran yaşayır. Çinin Jiangxi Bankının çökməsi ilə bağlı iddialar isə sektordakı mürəkkəb vəziyyəti daha da artırıb. Ekspertlər vəziyyətin dünya iqtisadiyyatı üçün ciddi fəsadlar yarada biləcəyi barədə xəbərdarlıq edirlər.Belə ki, iflas şayiələrindən narahat olan müştərilər tərəfindən basqın edilən Bank daha əvvəl müştərilərin ödənişləri ilə bağlı problemlər səbəbindən gəlirlərinin 30 faiz azala biləcəyini bildirmişdi. The Economist-in məlumatına görə, Çində təxminən 3800 bank iflas ərəfəsindədir. Onların ümumi aktivləri isə 5,7 trilyon dollar və ya ölkənin bank sisteminin 13%-ni təşkil edir. Mütəxəssislər bu bankların uzun müddət düzgün idarə olunmadığını və həddindən artıq çox kredit verdiyini iddia edir. Bu banklar eyni zamanda bir çox inşaat firmalarına kredit verməklə daşınmaz əmlak bazarını da özlərindən asılı hala gətiriblər. Araşdırmalar göstərir ki, son illər onların fəaliyyətinin 40%-i problemli kreditlərdən ibarətdir.Bəzi ekspertlərin fikrincə, Çinin bir çox şəhərləri və hətta əhalinin böyük hissəsi borclu vəziyyətdədir. Ödənilməmiş borclar getdikcə regional iqtisadiyyata və milli iqtisadi artıma təhlükə yaradır. Digər tərəfdən yaranan kütləvi borclanma, ilk növbədə, daşınmaz əmlak böhranının nəticəsidir.Nəticə olaraq dünyanın ikinci ən böyük iqtisadiyyatı, artan mənzil böhranı, durğunlaşmaqda olan istehlak və artan beynəlxalq ticari gərginliklər səbəbindən öz iqtisadi böyümə sürətini itirməkdədir. Belə ki, Çin iqtisadiyyatı ilin ikinci rübündə kəskin şəkildə yavaşlayıb. Bu səbəbdən Çin iqtisadiyyatının gələcək 5 ildəki gedişatını müəyyən etmək üçün Pekində toplaşan mütəxəssislər, iqtisadi artımı sürətləndirmək üçün daha radikal qərarlar vermək fikrinə gəliblər. Xi Jinping və Kommunist Partiyasının yüksək səviyyəli rəsmilərinin bir araya gəldiyi görüşdə uzunmüddətli iqtisadi islahatlar da müzakirə edilib. Bir çox iqtisadçı Çin iqtisadiyyatının hazırda daha çox dəstəyə ehtiyacı olduğunu deyib. Nəticə olaraq daima müdaxiləçi olan, dövlət kapitalizmi modeli ilə idarə olunan Çin iqtisadiyyatının bu dönəmi necə keçəcəyi bir çoxları üçün maraqlıdır. Əks halda dünyanın ən böyük istehsalçısının batması heç kimin maraqlarına uyğun deyil.

Müəllif: Zərdüşt Quluzadə

Digər xəbərlər