Analitika

  • 1 168

Trol Sadıqlı erməni diasporunun Nürenberq şəhərindəki ofisində yaxalandı - ANALİZ

image

İnsan doğulub boya-başa çatdığı yurduna yuvasına xəyanət edirsə, deməli, o, insan deyil, daşlaşmış məxluqdur, həm də ən ağır sözlərə layiqdir. Azərbaycanlı olan şəxs öz Vətəni, xalqı ilə fəxr etməlidir, qələbələri ilə qürur duymalıdır. Təəssüflər olsun ki, müxtəlif cinayətlər törədib xaricə üz tutanlar milli varlığımıza qarşı təhdid kampaniyası aparırlar. Bu halda "doğrudanmı onlar azərbaycanlıdır?", - deyə düşünürsən. Bəli, acı təəssüf hissi ilə qeyd etmək olar ki, erməni diasporunun maddi və mənəvi dəstəyinə arxalanıb, Azərbaycan dövlət maraqlarını hədəfə alan Orduxan Temirxan, Arif Yunus, Trol Sadıqlı, Vidadi İsgəndərli, Manaf Quliyev, Məhəmməd Mirzəli, Arif Məmmədov, Sevinc Osmanıqızı və digərləri Azərbaycanda doğulublar və bu Vətənin havasını udub, çörəyini yeyib, suyunu içiblər. "Daha firavan həyat yaşamaq" xəyalı ilə xarici ölkələrə üz tutublar. Lakin el məsəlində deyildiyi kimi, "kabab iyinə getmişdilər, gedib gördülər ki, eşşək dağlayırlar". Geri qayıtmağa abır-həya etdiklərindən orada qalmağa və zibilliklərdə eşələnməyə üstünlük verdilər. Bu boşluqdan istifadə edən Avropadakı anti-Azərbaycan dairələr onları agentləri sırasına qatmağa səy göstərdilər və istəklərinə də nail oldular.
TROL SADIQLI NECƏ ƏMƏKDAŞLIĞA CƏLB EDİLİB
Trol Sadıqlı Almaniyanın Nürenberq şəhərində qaçqın düşərgəsinin arxasında yerləşən meşədə zibillikdə eşələnən zaman xüsusi xidmət orqanları tərəfindən aşkarlanıb və maraqlarına uyğun gələn şəxs olduğu üçün onunla əməkdaşlıq ediblər. Sonradan elə xüsusi xidmət orqanlarının maddi dəstəyi ilə onu Rusiya əsilli alman vətəndaşı ilə evləndiriblər. Lakin bu evlilik uzun çəkməyib. Çünki içki düşkünü olan Trol Sadıqlı mədəni ailənin üzvü olan qadını tez-tez döydüyü üçün onların münasibətləri pozulub. Qızının ağır və acı taleyinə dözməyən ata ürəktutmasından həyatını itirir. Məhz bu faciədən sonra Trol Sadıqlı ilə ailə arasında kəskin qarşıdurma yaranıb. Elə bir qarşıdurma ki, ailə ona övladına atalığı təsdiq edən sənədi verməkdən imtina edib və bu səbəbdən də T.Sadıqlı uzun müddətə oturum izni ala bilmir. Baxmayaraq ki, xüsusi xidmət orqanları T.Sadıqlıya kömək etmək istəyir, lakin ailə bütün təzyiqləri rədd edərək, fikirlərində qəti olduqlarını bildirirlər.
TROL SADIQLI ERMƏNİ DİASPORUNUN OFİSİNDƏ 2 SAAT 45 DƏQİQƏ NƏYİ MÜZAKİRƏ EDƏ BİLƏR?
Birmənalı şəkildə demək olar ki, xaricdəki antimilli ünsürlərin hər biri hansısa xarici ölkənin xüsusi xidmət orqanının əməkdaşıdır, bəlkə də müvafiq rütbələri var. Bu rütbəli agentlər bütün sərhədləri və etket qaydalarını pozmaqla Azərbaycanın milli maraqlarına qarşı qarayaxma kampaniyası aparırlar. Elə vəziyyətlər yaranır ki, xaricdəki antimilli azərbaycanlı söyüş qrupu ilə erməni lobbisi birlikdə hərəkət edirlər. Bu yaxınlarda Almaniyanın paytaxtında Azərbaycan dövlətçiliyinə qarşı erməni lobbisinin nümayəndələri ilə azərbaycanlı mühacirlərin birlikdə aksiya keçirmələri qeyd olunanlara misal ola bilər. O zaman Erməni lobbisinin yaratdığı "Theophanu Club Germany" səhifəsi erməni lobbisi ilə azərbaycanlı söyüş qrupunun birgə aksiyasına dəstək göstərmiş və özünəməxsus materiallar paylaşmışdır. Bu faktın özü bir daha təsdiq etmişdir ki, azərbaycanlı "mühacir"lər öz ağılları ilə deyil, erməni lobbisinin sifarişləri əsasında fəaliyyətlərini qururlar. Dəfələrlə Trol Sadıqlı erməni lobbisinin ofisində olub, onlarla sövdələşmələr aparır, planlar cızır və birgə hərəkətin istiqamətləri haqqında razılaşmalar əldə edir. Ötən gün isə daha açıq və nümayişkaranə şəkildə erməni diasporunun Nürenberq şəhərində yerləşən ofisinə daxil olan Trol Sadıqlı 2 saat 45 dəqiqədən sonra oradan əlində qara salafan torbada çıxaraq, onu gözləyən taksiyə minərək gedib. İndiyədək xaricdəki antimilli ünsürlər adlandırılan şəbəkə ermənilərlə eyni mərkəzdən və eyni mövqedən çıxış etdiklərini ört-basdır etməyə çalışırdılar, amma artıq bunu gizlətmək mümkün deyil. Faktın aşkarlanmasından sonra Trol Sadıqlının hansı bəhanələr dilə gətirib, vəziyyətdən çıxmağa çalışacağı müəmmalıdır. Lakin "arsızdan hər cür abırsızlıq gözləmək olar" məsəlinə uyğun olaraq Trol Sadıqlı özünü "təmizə" çıxartmağa uğursuz cəhd göstərəcəyi şübhəsizdır. Lakin mənasızdır.
ERMƏNİ LOBBİSİ AZƏRBAYCANLI MÜHACİRLƏR ARASINDA İŞ BÖLGÜSÜ DƏ APARIB
Erməni lobbisi azərbaycanlı mühacirlər arasında iş bölgüsü də aparır. Deyək ki, Trol Sadıqlı və Arif Məmmədov deyilən ünsürlər ölkəmizin ləyaqətli insanlarını təhqir edirlərsə, digərləri atributlarımız haqqında təhqiramiz ifadələr səsləndirirlər. Digərləri isə şər və böhtanlara, eləcə də dezinformasiya xarakterli informasiyaları tirajlamağa üstünlük verirlər. Hazırkı seçki dönəmində Trol Sadıqlı, Sevinc Osmanqızı və Arif Məmmədov daha çox "suka"lıq edirlər. Çünki onların sanki danışmağa, deməyə mövzuları yoxdur, yalnız söhbətləri 1 sentyabrda keçiriləcək parlament seçkiləridir. Hər gün bir neçə dəfə canlı yayımlar təşkil edib, azad və demokratik şəraitdə keçirilməsi planlaşdırılan seçkilər haqqında ağıllarına deyil, ağızlarına gələni danışmağa həsr edirlər. Düzdür, onların hürmələri, bəzən isə vanqıldamaları insanların gülüşünə səbəb olur. Ona görə ki, sözügedən bu şəxslər elə şeylərdən danışır, fikir bildirirlər ki, "bişmiş toyuğun gülməyi gəlir". Diqqətçəkən məqam ondan ibarətdir ki, ictimai qınağa baxmayaraq bu arsızlar öz bəd əməllərindən əl çəkmirlər, əksinə, daha həyasız formada tapşırılan sifarişlərini yerinə yetirməyə çalışırlar. Lakin bu parazit yığnağı bir gün əməllərinin bədəlini ödəyəcəklər. Çünki cinayət cəzasız qala bilməz, o ki ola dövlətçilik və milli maraqlara qarşı cinayətlər törədəsən.
İLHAM ƏLİYEV

Digər xəbərlər