Analitika

  • 1 115

Tramp və Harrisin seçim yarışı TƏHLİL

image

Məlum olduğu kimi, ABŞ prezidenti Co Bayden noyabrın 5-də keçiriləcək seçkilərdə namizədliyini geri götürdüyünü açıqlayıb. Bu barədə Bayden sosial media hesabında paylaşdığı məktubda bildirib. ABŞ-ın gündəmində olan bu qərardan sonra Demokrat namizədin kim olacağı böyük maraq doğursa da, bu maraq uzun çəkməyib. Belə ki, Baydenin vitse-prezidenti Kamala Harris namizədlik üçün kifayət qədər nümayəndə toplayıb və rəsmi olaraq prezidentliyə namizəd olub. Seçki kampaniyasına aktiv şəkildə daxil olan Harris ilk seçki anketlərinə Trampı 2 faiz qabaqlayıb.Bazar günü ABŞ prezidentliyinə namizədliyini rəsmən açıqlayan və 24 saat ərzində Demokratik Partiyanın namizədliyi üçün kifayət qədər nümayəndə toplayan vitse-prezident Kamala Harris əvvəlcə Delaver, sonra isə Viskonsin ştatında seçki kampaniyası edib.Rəqibi, Respublikaçılar Partiyasının namizədi Donald Trampa qarşı güclü potensialı olan Harris, Kaliforniyada prokuror kimi çalışıb. Trampa qarşı ittihamları gündəmə gətirən Harris “Mən bir prokuror olaraq cinsi istismar üzrə ixtisaslaşmışam. Tramp isə cinsi zorakılığa görə məsuliyyətə cəlb olunub”, - deyib. Harris həmçinin “Wall Street” banklarına qarşı mübarizə apardığını və saxtakarlıq iddiası ilə Donald Trampa 34 məhkəmə işinin açıldığını xatırladıb.Harris öz namizədliyini elan etdikdən sonra keçirilən ilk sorğuya əsasən, 59 yaşlı namizəd Trampı qabaqlayıb. Belə ki, sorğuda Harris 44 faiz, Tramp isə 42 faiz səs toplayıb. Tramp tərəfdaşları isə, Harrisə olan dəstəyin müvəqqəti olduğunu deyərək, sorğunun etibarlı və obyektiv olmadığını iddia edirlər.Bu günlərdə isə ABŞ prezidenti Co Baydenə qarşı kampaniya aparan və bütün enerjisini Baydenə qarşı propaqandaya yönəldən Tramp kampaniyası Harris üçün strategiya müəyyən etməkdə çətinlik çəkir.Harrisin zəif tərəflərini tapmağa çalışan Tramp kampaniyası onun prokuror olduğu dönəmdə cinayətlə mübarizədə uğursuz olduğunu iddia edir. Tramp tərəfdarları onun “Qanunsuz İmmiqrasiya Çarı” elan edir və milyonlarla qeyri-qanuni immiqrantın ölkəyə daxil olmasında onu günahlandırır. Beləliklə, bütün bu siyasi keşməkeşin içərisindən kimin qalib çıxacağını təyin etmək qəliz məsələdir.

Müəllif: Zərdüşt Quluzadə

Digər xəbərlər