Analitika

  • 5 243

İsrailli filosof və politoloq Qarabağa qanunsuz səfəri haqqında ŞƏRH

image

Aviqdor Eskinin cavablarını səmimi qəbul etmək olarmı?

Torpaqlarımızın erməni işğalı zamanında bu ərazilərə qeyri-qanuni səfər etmiş şəxslərin Azərbaycan qanunvericiliyi əsasındsa qara siyahılara salınmaları ilk fakt olmayıb. Bugünün özündə də Xankəndi və ətraf ərazilərə - Rusiya sülhməramlılarının fəaliyyət göstərdikləri bölgələrimizə qanunsuz səfərlər edən insanlar qara siyahıya salınırlar və onların Azərbaycan ərazilərinə daxil olmalarına qanuni tələblərə görə qadağan edilir. Belə insanlardan biri də israilli filoloq və politoloq Aviqdor Eskindir.

“Region ətrafındakı ərazi münaqişəsi kifayət qədər sadə şəkildə, sülhə köklənməklə həll oluna bilərdi”

SİA xəbər verir ki, sözügedən məsələ, eləcə də Azərbaycanın 44 günlük müharibədə əldə etdiyi qələbə ilə bağlı caliber analitik informasiya mərkəzi müsahibə alıb və israilli filosof-politoloq bir sıra maraqlı məqamlara toxunaraq sualları cavablandırıb. 44 günlük müharibənin nəticələrinə necə qiymətləndirən Aviqdor Eskin bildirib ki, müharibə regionda güc balansını dəyişdi: “Ermənistan bu günkü gündə hərbi seçimə malik deyil. Qarabağın Azərbaycan ordusu tərəfindən tutulmayan hissəsi əslində rus sülhməramlıları tərəfindən nəzarət altına alınıb. Region ətrafındakı ərazi münaqişəsi kifayət qədər sadə şəkildə, sülhə köklənməklə həll oluna bilərdi. Lakin bugünkü gündə Ermənistanla Azərbaycan arasındakı gərginlik digər sərhədyanı ərazilərdə də baş verir, hansı ki, bu ərazilər atəşkəs xəttidirlər, ancaq bu sərhədlər də qarşılıqlı şəkildə tanınmırlar”.

"Azərbaycan sülh və iqtisadi təşəbbüslərdə unikal liderlik imkanlarına malik ola bilər"

Ermənistanın Azərbaycanla sülh sazişini imzalamaqdan imtina etməsi, həmçinin, kommunikasiyaların açılması, sərhədlərin deilimitasiyası və demarkasiyası və s. ilə bağlı problemlərin mövcudluğu barədə də münasibətini bildirən israilli siyasətçi və filoloq qeyd edib ki, müharibəyə qədər sülh prosesi daha çox Ermənistanın əlində idi. İndi Azərbaycan sülh və iqtisadi təşəbbüslərdə unikal liderlik imkanlarına malik ola bilər. O, hətta belə bir təklif də irəli sürüb ki, erməniləri Azərbaycana ziyarətə dəvət etmək olar və əsasən də Azərbaycanın keçmiş erməni sakinlərini. “Bu, bütün dünyada alicənablıq aktı kimi qiymətləndirilə bilər”, deyə o bildirib.

Aviqdor Eskin Bakının icazəsi olmadan 2017-ci ildə həmin vaxtlar Qarabağın işğalı altında olan ərazilərinə qanunsuz səfəri ilə bağlı sualı da cavablandırıb.

“Mən onillərdir ki, publisistika və politologiya ilə məşğulam. Mənim müxtəlif dillərdəki minlərlə məqalələrim, çıxışların açıq və əlçatandır. Əgər mən bu və ya başqa regionda ekspert kimi situasiyanı araşdırıramsa, bu zaman mənim həmin regionu ziyarət etmək, bütün tərəflərlə söhbət etmək vəzifə borcumdur”, deyə bu vasitə ilə vaxtilə atdığı qanunsuz addımına nədənsə (?) haqq qazandırmağa çalışdığı görünən israilli ekspert bildirib ki, o, son on beş ildə Cənubi Qafqaz mövzusu ilə az məşğul olmadığını, eləcə də araşdırmaları istiqamətində İsrailin mövqelərini gücləndirmək məqsədilə dostluq atmosferini yaratmaq niyyətin daşıdığını deyib.

“Gürcüstanda mənim adımın qara siyahıya salınması heç kimin ağlına belə gəlməyib”

“2012-ci ildə mən Azərbaycanı ziyarət etmiş israilli jurnalistlərinin nümayəndə heyətinə rəhbərlik etdim. 2017-ci ildə Ermənistanı və Qarabağı ziyarət etmək təklifini alanda isə təbii ki, bunu qəbul etdim. Bu, tanışlıq ziyarəti idi. Azərbaycanın Qarabağı ziyarət edənləri qara siyahıya salması praktikası mənə məlum idi. Ancaq mən düşünürdüm ki, bu region üzrə fəaliyyət göstərən jurnalistlərə və ekspertlərə də aiddir. Məsələn, axı Vladimir Solovyovu heç kim qara siyahıya salmayıb.

Mənim Gürcüstanla bağlı analoji səriştəm var idi. Orada da Abxaziyanı və Cənubi Osetiyanı ziyarət edənlərə qarşı sanksiya praktikası mövcuddur. Lakin Gürcüstanda mənim adımın qara siyahıya salınması heç kimin ağlına belə gəlməyib. Ondan sonra mən Tbilisini otuz dəfədən çox ziyarət etmişəm. Yeri gəlmişkən, mən həmişə və hər yerdə gürcü qaçqınlarının geri dönmək hüquqları və Gürcüstaınn ərazi bütövlüyü barədə danışmışam”, deyə İsrailin filosofu və politoloqu bildirib.

Aviqdor Eskin bildirib ki, Azərbaycanı ziyarət edə bilməmək mümkünlüyünü anlaşılmazlıq kimi görür (?)

Jurnalistin onun yenidən Azərbaycanı ziyarət etməyi istəməsi, Azərbaycan XİN-nin standart prosedurunun mövcudluğu, yəni qara siyahıda olan şəxslərin adlarının siyahıdan çıxarılması üçün rəsmi üzrxahlığın tələb olunması ilə bağlı, eləcə də buna haz Mənim Gürcüstanla bağlı analoji səriştəm var idi. Orada da Abxaziyanı və Cənubi Osetiyanı ziyarət edənlərə qarşı sanksiya praktikası mövcuddur. Lakin Gürcüstanda mənim adımın qara siyahıya salınması heç kimin ağlına belə gəlməyib.ır olub-olmaması ilə əlaqəli sualını cavablandıran Aviqdor Eskin bildirib ki, Azərbaycanı ziyarət edə bilməmək mümkünlüyünü anlaşılmazlıq kimi görür. “İstisna etmirəm ki, mənim səriştəm hər iki tərəfin xeyrinə olan regional sülh təşəbbüslərinə səmərəli olar. Bu kontekstdə mənim Bakını siyasət etməyim təbii olardı. Yenidən Azərbaycanın cənubunda, dağların zirvəsində yerləşən Yardımlının Perimbel kəndində olmağıma sevinərdim. Meditasiya və dua üçün ən mükəmməl yerdir”, deyə israilli filosof və politoloq verilən sualı cavablandırmaqdan yayınıb.

Rövşən RƏSULOV

Digər xəbərlər