8-Noyabr Zəfər Günü ilə bağlı ölkənin hər yerində olduğu kimi Yeni Azərbaycan Partiyasının Tovuz rayon təşkilatının Tovuz Dövlət Sosial İqtisad Kolleci, Tovuz Dövlət Peşə Təhsil Mərkəzi, Tovuz şəhər Y.Sadıqov adına Bozalqanlı kənd tam orta məktəb və Mədəniyyət şöbəsi Ərazi Partiya Təşkilatının Düz Qırıqlı, Qovlar
şəhər musiqi məktəblərində tədbirlər keçirilmişdir.
Tədbirlərdə ilk öncə dövlət himni səsləndirilib, sonra Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən natiqlər şəhid ailələrinin üzvlərini, qaziləri, məktəbin müəllim və şagird kontingetini Zəfər bayramı münasibələ təbrik edib, bu Zəfəri bizə yaşadan, öz canından keçən şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyərək, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020- ci il sentyabrın 27-dən başlanan, 44 gün davam edən Vətən müharibəsi şanlı Qələbə ilə sona çatdığını, hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın etdiyini, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi sayəsində böyük Zəfərə imza atıldığını qeyd edərək şəhid ailələri və qazilərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildirmişlər.
Tədbirlərin sonunda şagirdlərinin ifasında vətənpərvər musiqi nömrələrindən ibarət konsert proqramı ilə davam etdirilib.