PDF Oxu

Araşdırma

  • 2 188

Kəlbəcər Şəhər Günü qələbəmizin rəmzidir - ŞƏRH

image

“Strateji cəhətdən əhəmiyyətli bölgədə yerləşən Kəlbəcər rayonunun işğaldan azad edilməsi Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu siyasətinin məntiqi nəticəsidir. Kəlbəcər Azərbaycanın ən gözəl coğrafiyaya malik şəhərlərindən biridir. Azərbaycan xalqının başına gətirilən faciələr və ermənilər tərəfindən torpaqlarımızın işğalı Kəlbəcərin itirilməsi ilə daha da sürətləndi. 44 günlük müharibənin sonunda, 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları birgə Bəyanatla 30 ilə yaxın davam edən münaqişəyə son qoyuldu, düşmən sülhə məcbur edildi, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verildi. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi hərbi əməliyyat keçirmədən işğaldan azad edildi”. Buni açıqlamasında açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat bildirib ki, dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər işğaldan azad edildikdən sonra bölgəyə saysız səfərlər ediblər: “Bu səfərlərdə Kəlbəcərdə önəmli açılış, bərpa-quruculuq işləri həyata keçirilib. Ölkə başçısı gərgin və sıx iş qrafikinə rəğmən işğaldan azad edilmiş ərazilərdəki bütün prosesləri hər zaman öz nəzarətində saxlayır. Kəlbəcərin işğaldan azad edilməsi, Kəlbəcər Şəhər Günü Azərbaycan xalqı üçün qələbənin rəmzlərindən biridir. Ölkə başçısının rəhbərliyi ilə işğaldan azad edilən bütün ərazilərdəki kimi Kəlbəcər rayonunda da böyük quruculuq işləri aparılır. Bu işlər nəticəsində Kəlbəcərin əvvəlki şöhrəti bu rayona qaytarılacaqdır. Bu gün işğaldan azad olunmuş ərazilərdə fərqli təyinatlı infrastruktur layihələri reallaşdırılır. 2021-ci ilin 16 avqust tarixində dövlətimizin başçısı və birinci xanımın iştirakı ilə Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağda inşa olunacaq tunelin təməli qoyulub. Bununla da Göygöl və Kəlbəcər rayonlarını yeni yol birləşdirəcəkdir. 2023-cü il avqustun 26-da ölkə rəhbəri İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcərdə “Soyuqbulaq” Kiçik Su Elektrik Stansiyasının, “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin “Çıraq-1” və “Çıraq-2” Kiçik Su Elektrik stansiyalarının açılışında, Zar kəndinin təməlqoyma mərasimində iştirak ediblər və “İstisu” mineral sudoldurma zavodunun tikintisi və “İstisu” Müalicə-İstirahət Kompleksində görülən işlərlə tanış olublar. Həmçinin 2023-cü il noyabrın 7-də Kəlbəcər rayonunun Vəngli kəndinə səfər ediblər. Kəlbəcər şəhərinin Baş planı bölgənin təbii gözəlliyini özündə ehtiva edir. Plana uyğun olaraq müfəssəl layihələndirmə aparılıb və artıq yaşayış binaları, məktəb, xəstəxananın inşasına başlanılıb. Yeni yaradılan hərbi hissələr, ictimai yerlər artıq fəaliyyət göstərir”.

Digər xəbərlər