PDF Oxu

Araşdırma

  • 12

Dövlət Statistika Komitəsinin əməkdaşları Heydər Əliyev Fondunda olmuşlar

Dövlət Statistika Komitəsinin əməkdaşları Heydər Əliyev Fondunda olmuşlar
Ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı Dövlət Statistika Komitəsinin əməkdaşları dekabrın 11-də Heydər Əliyev Fondunda olmuşlar. Qonaqlara Fondun vəzifələri və fəaliyyəti barədə məlumat verilmişdir. Əsas məqsədi ulu öndərin zəngin irsinin öyrənilməsi və təbliği olan Fond, elm, təhsil, mədəniyyət və digər sahələrdə layihələr həyata keçirir, uşaq və gənclərin sağlam, milli mənəvi dəyərlərə sadiq, hərtərəfli biliklərə malik vətəndaş kimi yetişməsi işinə xidmət edir. Komitənin işçiləri ümummilli liderin şəxsi arxivindən götürülmüş eksponatlara, təhsil ocaqlarında fərqləndiyini əks etdirən diplomlara, təltif olunduğu müxtəlif orden və medallara maraqla baxmışlar.
Daha sonra ümummilli liderin həyat və fəaliyyətinə həsr edilən "Böyük ömrün anları" sənədli filmi nümayiş olunmuşdur.

Digər xəbərlər