“İki sahil” qəzetinin xüsusi buraxılışı çap olunub
"İki sahil" qəzetinin ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən xüsusi buraxılışı işıq üzü görüb. Nəfis tərtibatla çap olunan xüsusi buraxılışda ulu öndər haqda beynəlxalq aləmdə böyük nüfuz sahibi olan diplomatların, siyasət adamlarının, ölkəmizin tanınmış siyasətçilərinin fikirləri yer almışdır.
Milli Məclisin deputatı, YAP Sədrinin müavini Murtuz Ələsgərovun "Heydər Əliyev və dövlətçilik ənənələri", Milli Məclisin deputatı, YAP Sədrinin müavini - icra katibi Əli Əhmədovun "Azərbaycanı inkişaf aparan ideyalar: Heydər Əliyevin dayanıqlı sabitlik və davamlı inkişaf konsepsiyası müasir mərhələdə", Prezident Administrasiyasının şöbə müdiri, YAP İdarə Heyətinin üzvü Əli Həsənovun "Uğurlu xarici siyasət kursunun banisi", millət vəkili, YAP idarə Heyətinin üzvü Siyavuş Novruzovun "Heydər Əliyev və Azərbaycan konstitusiyası", millət vəkili , YAP İdarə Heyətinin üzvü Mübariz Qurbanlının "Heydər Əliyev siyasəti: tarixi örnək", Milli Msəclisin sədr müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradovanın"Azərbaycanın xarici siyasəti yeni geostrateji reallıqlar fonunda", Prezident Administrasiyasının şöbə müdiri, YAP Siyasi Şurasının üzvü Novruz Məmmədovun "Heydər Əliyevin xarici siyasəti və onun konseptual əsasları", Mili Məclisin Komitə sədri , YAP Siyasi Şurasının üzvü Eldar İbrahimovun "Azərbaycan islahatlar yolunda", YAP İdarə Heyətinin üzvü Kərim Kərimovun"Müstəqilliyimizin etibarlı təminatçısı", Nərimanov rayon İcra hakimiyyətinin başçısı, YAP Siyasi Şurasının üzvü Abdin Fərzəliyevin "Uğurlu inkişafın yeni mərhələsi", Milli Məclisin deputatı Fəttah Heydərovun "Müstəqil Azərbaycan üçün doğulmuş ulu öndər", Milli Məclisin Komitə sədri Rəbiyyət Aslanovanın "Heydər Əliyev və Azərbaycanın dünyaya inteqrasiyasının yeni mərhələsi", Mili Məclisin Komitə sədri Əli Hüseynovun "Böyük islahatlar yolunda", Milli Məclisin deputatı , YAP Siyasi Şurasının üzvü Mirkazım Kazımovun "Heydər Əliyev ideyaları əbədidir", Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qəprib Məmmədovun "Heydər Əliyevin aqrar islahatları müasir mərhələdə ərzaq təhlükəsizliyi və regionların sosial-iqtisadi inkişafının təməlidir", Milli Məclisin Komitə sədri Nizami Cəfərovun "Azərbaycançılıq və Azərbaycanşünaslıq, Əliyevçilik və Əliyevşünaslıq", YAP mətbuat xidmətinin rəhbəri , YAP Siyasi Şurasının üzvü Hüseyn Paşayevin "Dinamik inkişafı şərtləndirən uğurlu islahatlar", "İki sahil" qəzetinin baş redaktoru , YAP Siyasi Şurasının üzvü Vüqar Rəhimzadənin "Heydər Əliyevin adı tarixin qızıl səhifələrinə yazılıb" başlıqlı yazılarda ulu öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətinin mühüm anlarına işıq salınmışdır.
Xüsusi buraxılışıda ulu öndərin həyat və fəaliyyətinin müxtəlif mərhələlərini əks etdirən fotolar yer almışdır. Azərbaycanın müxtəlif təbəqələrndən olan insanlarla, tanınmış xarici siyasət adamları ilə ulu öndərin birgə şəkilləri oxucularda zəngin təəssürat yaradır.
Xüsusi buraxılışın rəhbəri "İki sahil" qəzetinin baş redaktoru, YAP Siyasi Şurasının üzvü Vüqar Rəhimzadədir.