Köşə

  • 6 171

Hesabınızdan pullar belə oğurlanır – KÜNCDƏN BAXIŞ

image

Elçin Bayramlı

Daxili İşlər Nazirliyi tərəfindən yayılan məlumata görə, şənbə və bazar günləri ayrı-ayrı vətəndaşlara məxsus müxtəlif məbləğlərdə pul vəsaitləri bank kartlarından onlayn qaydada başqa-başqa xarici hesablara köçürülməklə naməlum şəxslər tərəfindən oğurlanıb. Hər bir fakt kart sahibinin ehtiyatsızlığından, şəxsi məlumatları tanımadığı şəxsə ötürməsindən və hansısa bahalı əşyanı ucuz qiymətə almaq niyyətindən baş verib. Onlayn qumaq oyunlarına qoşulmaq, sürətli gəlir gətirəcək onlayn biznes təkliflərinə aldanmaq, etibarlı olmayan resurslara kart məlumatlarını həkk etmək buna səbəb olur.

Müasir dövrdə informasiya və kommunikasiya texnologiyalarının sürətli inkişafı dünyanı tamam dəyişməkdədir. Artıq kibertəhlüksizlik ən vacib sahəyə çevrilib. Adi diqqətsizlik və ya məlumatsızlıq şəxsi məlumatlarınızın oğurlanma, məlumat itkiləri kimi arzuolunmaz nəticələr meydana gətirə bilər.

İnternet üzərindən hücum reallaşdırmaq cinayətkarlar boşluq axtarırlar. Bu səbəbdə veb skanerlərin təhlükəsizlik xəbərdarlıqlarına əhəmiyyət verməyib “bəli” bəli butonuna basmaq, hər hansı bir şübhəli linkə daxil olmaq və ya şübhəli faylı yükləməyə çalışmaq qaçılması lazım olan davranışlardır.

Virus, trojan kimi proqramlar, bəzi linklər, fayllar məlumatların oğurlanmasını təmin edəcək proqramlardır. Tanımadığımız şəxslərdən gələn, başlıqları şübhəli olan və əlavə fayl ehtiva edən e-poçtların virus olma ehtimalları yüksəkdir və açılmadan silinməsi lazımdır.

Tanıdığınız bir şəxsdən gəlmiş görünsə belə bir fayl, və ya link həmin şəxsin xəbəri olmadan onun cihazından bir virus tərəfindən göndərilmiş ola bilər. Bu səbəblə həmin şəxsdən bunun nə olduğunu soruşmaq ən doğrusudur.

Bəzən isə messencerlər vasitəsilə saxta məlumatlar yayılır və əhalinin alıdadılması baş verir. Buradan satış və ya xidmət adı ilə insanlardan pul qopartmaqdan tutmuş, sosial xarakterli təxribatlara cəhd etmək kimi geniş spektrdə istifadə olunur.

Kart hesabı göndərilərkən kartın şəklini kiməsə göndərmək doğru deyil, sadəcə kart nömrəsini (16 rəqəm) göndərmək kifayətdir. Ümumiyyətlə, bank hesablarına xərcləmələr və könürmələr üçün kiçik məbləğli limitlər qoyulmalı və 3D təhlüksəzilik (SMS təsdiqlə) aktiv edilməlidir.

İnternet saytlarda, sosial şəbəkələrdə yayılan hər məlumata inanmamalıyıq. Bu yaxınlarda messencerlər vasitəsilə linklər yayılırdı ki, bəs filan market hər müştərisinə 200 manat Novruz hədiyyəsi verir, bu linkə girin qeydiyyatdan keçin pulu karıtınıza köçürsünlər. Şəxsən mənə neçə nəfər dost-tanışdan belə link göndərildi ki bəs sən də qeydiyyat elə pul götür. Güclə bəla ilə onlara bunun quldurluq fakt olduğunu izah edə bildim. Bəzi insanlar o dərəcədə savadsız və məntiqsizdirlər ki, düşünə bilmirlər ki, heç bir marketin milyonlarla insana 200 manatdan pul verməsi heç nəzəri cəhətdən də mümkün deyil.

Bəzən dələduzlar dövlətin adından vətəndaşları aldatmağa çalışır. Sosial şəbəkələrdə neçə aylardır ki, belə linklər paylaşılır. Onların birində hətta Prezident İlham Əliyevin çıxışı verilir, guya ki, prezident deyir ki, SOCAR-ın 50 manata olan səhmlərini alan hər vətəndaş ildə 5000 manat gəlir əldə edəcək. Süni intellekt istənilən çııxş mətnini şəxsin öz səsi ilə digər mətnlə dəyişə bilir. Videonun altında link verilir ki, bura girin, sifariş verin, dövlət ilkin mükafat olaraq 500 manat pulunuzu köçürsün. Yaxid da, sosial nazirliyin adından məlumat yayılırdı ki, hər vətəndaşa 200 manat yardım köçürüləcək, kart məlumatlarınızı bura yazın. Azacıq savadı olan adam başa düşür ki, bunlar süni intekllekt və montaj proqramları vasitəsilə düzəldilib. Amma əhalinin çoxunun savadsız olduğunu nıəzərə alsaq, aldadılanların sayının minlərlə olduğunu anlamaq çətin deyil.

Təcrübə göstərir ki, hesabından pul oğurlananların çox böyük əksəriyyəti öz tamahı, diqqətsizliyi və savadsızlığının qurbanı olur. Məlumatlarını qoruyan, hara gəldi kart məlumatlarını yazmayan, onlayn qumar oyunları və sürətli internet biznes qurmaq təkliflərinə fikir verməyən, şübhəli linkləri açmayan şəxslərdə isə belə hallar olmur.

Digər xəbərlər