Elçin Bayramlı
Son vaxtlar çörəkdən şikayətlər daha da artıb. Aryıq əksər çörəklər çox bərbad vəziyyətdədir. Bəs bunun səbəbləri nədir? Burada bir neçə ciddi səbəb var. Başdan başlayaq. Dünya bazarında 5 növ buğda var- 1, 2, 3-cü sortlar ərzaq buğdasıdır, 4 və 5 isə heyvandarlıq üçündür. Bizim idxalçılar ucuz olsun deyə 4-cü 5-ci sort buğda almağa üstünlük verirlər, amma ondan da normal çörək çıxmır. Ona görə də, burada kimya sənayesi köməyə gəlir. Xüsusi maddələr var ki, çörəyi sürətli mayalayır, köpürdür, ağardır və s., nəticədə çörəyə oxşayır.
Məsələn, ağardıcı kimi tanınan titanium dioksid maddəsi var- E-171 kodu ilə bilinir. Bu çox çox zərərli maddədir, əksər ağ qida məhsullarında istifadə olunur- duz, şəkər, süd məhsulları, çörək və s. Bu maddə Avropada qadağan edilib, amma bizdə geniş istifadə olunur. Bundan əlavə, sürətli mayalandırma üçün tətbiq olunan ultrakimyəvi maddə olan mayadan istifadə olunur ki, bu da zərərlidir.
Bunlar çörəyin hazırlanması prosesində olan problemlərdir. Lakin əsas problem hələ buğdanın özündə, undadır. Unun saxlanması şərtlərinə də çox vaxt riayət olunmur, qurd düşür, bəzi anbarlarda siçan, siçovul qaynaşır. Tempratur və nəmişlik düzgün ətmin olunmadığından unda bakterilayar və göbələklər əmələ gəlir. Çörəklərin antisanitar vəziyyətdə saxlanması, daşınması da ayrı bir probemdir.
Buğda sortlarının çox böyük əksəriyyəti genetik modifikasiyaya məruz qoyulub, xromosomlarının sayı bir neçə dəfə artırlıb ki, bu da insanın gen strukturuna ciddi problem yaradır. Dədə-baba toxumlarında 14 xromosom var idisə, indi bu say gen texnologiyası vasitəsilə 48-də çatdırılıb. Bundan əlavə, son dövrlərdə dəb halına salınmış əla növ un və ondan hazırlanan məhsullar konkret olaraq şəkər və xərçəng xəstəliklərinə səbəb olur. Yapışqanlığı yüksək olan bu un mədədə parçalanmır, bağırsaqlarda sorulmur və çürüyərək bakteriyaların çoxalmasına səbəb olur. Çünki, buğdanın qidalı maddələrinin cəmlədiyi qabıq və orta hissə götürülür, yalnız özək hissəsindən əla növ un əldə olunur ki, bu da artıq qida sayıla bilməz. Çünki tamamilə nişastadır və heç bir faydalı, qidalı maddə yoxdur. Normal çörək və digər un məhsulları isə kəpəkli undan olmalıdır.
Təəssüflə demək lazımdır ki, artıq təbii undan bişirilmiş təbii çörək yoxdur. Yalnız kəpəkli un alaraq evdə təbii maya ilə bişirilən çörəyi zərərsiz saymaq olar. Bunu da əhalinin heç 1 faizi edəcək deyil. İstəyən də o unları tapa bilməyəcək.
Sizə daha bir fakt açıqlayım, hansı ki mən 15 ildən çoxdur ki, bunun axırına çıxa bilməmişəm. Deməli, sanki naməlum bir qüvvə tərəfindən ölkədə əla növ undan başqa bütün un növlərinin satışı qadağan olunub. İnanmayanlar bütün mağazalara baxa bilərlər. Buğda emalında 4 sort un mövcuddur- əla növ, 1, 2, 3-cü sortlar. Son 3 sortun heç biri satışda yoxdur, halbuki, məhz bunlar faydalıdır, çünki kəpəklidir, əla növ ağ un isə glütenli nişastadır və zərərlidir. Mağaza rəflərində 40 növ un düzülüb, təsəvvür edin, 40-ı da əla növ. Bu necə ola bilər? Mən bunun səbəbini nə qədər araşdırdımsa, axırına çıxa bilmədim. İndi jurnalist istəyirəm bu sirri aşkara çıxara ki, niyə faydalı sort unların satışına imkan verilmir.
Taxıl Fondu yerli buğdamızı bəyənib götürmür ki yaramır, amma xaricdən gətirilən də ən aşağı, ən keyfiyyətsiz buğdadır. Sovet vaxtında Azərbaycan buğdası çörəyə də yarayırdı, torta da, şirniyyata da, makarona da, indi isə yaramır?
Məsələ təkcə çörəklə bağlı deyil, bütün qidalarda ciddi problemlər var və həll olunmalıdır. Bu səbəbdən də GMO toxumların idxalı, istehsalı, satışı və istifadəsini qadağan etmək lazımdır. Sosialist respublika vaxtında Azərbaycanın özünün çox məhsuldar buğda sortları yaradılmışdı, onları çoxaldıb əkmək lazımdır. Bizim Genetika İnstitutunda hamısı var.
GMO toxumlar isə repreduksiya vermir və hər il xaricdən toxum almaq məcburiyyətində qalırsan, nəticədə hansısa qlobal transkorporasiyadan asılı vəziyyətə düşürsən. GMO texnologiyası qlobal bir terror vasitəsidir və bundan özümüzü qorumalıyıq. Tək taxıl məhsullarında yox, bütün məhsullarda yerli təbii toxumların əkilib çoxaldılmasını təmin etməliyik.
Türkiyədə aparılan təcrübələr göstərdi ki, təbii buğda toxumu GMO toxuma nisbətən 2 dəfə daha çox məhsul verir, daha faydalıdır, daha dözümlüdür. Belə bir halda özümüzü qlobal qida terrorundan qorumalıyıq. GMO texnologiyası həm dövlət təhlükəsizliyi məsələsidir, həm milli təhlükəsizlik məsələsi. Qida təhlükəsizliyindən üstün heç bir məsələ yoxdur, ola da bilməz. Çünki bu birbaşa xalqımızın həyatı, sağlamlığı ilə bağlıdır.