PDF Oxu

Köşə

  • 614

Alleqorik siyasi nağıl! KÖŞƏ

image


Çox düşündüm, çox daşındım, dağı arana daşıdım, aranı dağa daşıdım, üzümü tutub uzaq bir yola çıxdım, az getdim, üz getdim,dərə, təpə düz getdim, iynə yarım yol getdim, axır ki, bölgəmizdəki indiki durumu krılovvarı təhlil etməyə qərar verməli oldum. Yoxsa bölgəmizdəki bəzi-bəzi toplumları adi adamvari dillə başa salmağın mümkün omadığı göz qabağındadı...
Biri vardı, biri yoxdu, dünyanın ən münbit torpaqlarından olan Qafqazda çoxlu-oxlu məxluqlar yaşayırdı. Bu məxluqların hamısı özünə, gücünə arxayın olan, özünü idarə etməyi bacaran canlı varlıqlar olsa da, cinsi, kimliyi, hansı bioloji fəsilə daxil olması mənum olmayan bir məxluq da vardı ki, bu zavallı heyvancığaz gah tülkü olurdu, gah pişik, gah da siçan. Hərdən də uzaq-uzaq torpaqlarda yaşayan hansısa canlıların qazlaması ilə şişib olurdu “əjdaha” və başlayırdı sağa-sola od püskürməyə. Elə ki, onu qazlayanların özlərinin qazı tükənirdi və bu məxluqa “qaz” vura bilmirdilər, o saat kiçilib olurdu siçan.
Beləcə, kimliyi bilinməyən bu məxluq hindistandanda sifətini açandan sonra qovulub göndərildi avropaya, orda da maskası düşdü və siçanlığı üzə çıxdı, qovdularr, gedib çıxdılar felikiyaya. Buraların sahibi olan boz qurdlar yurdsuz qalmış bu siçan sürüsünə dayaq durdu ki, yazıqdılar, yaşasınlar. Az keçmədi ki, bu siçan sürüsünü burda da qazladılar, yığışıb bir yerə dedilər ki, gəlin bu qurdları içindən yeyək, çürüsünlər, torpaqları da qalsın bizə. Amma qurd da qurddur. Duyuq düşən kimi, bir dəfə bərkdən ulayıb, dal-qabaqlarını kəsib dedilər cəhənnəm olun, hara istəyərsiniz gedin. Siçanlar gördülər ki, yox, qurdlarla bacara bilməzlər, onları qazlayanların da “qaz” balonları işləmir, ordan qaçıb töküldülər ayılarla bir yerdə dil tapıb yaşayan başqa qurdların torpağına. Ayı ağırtaxtalı olur deyə, siçanların keçmişinə əhəmiyyət vermədi, gətirib onları yığdı “dost” qurdların yanına. Sonra da, siçanların onlara lazımlı olduğunu, yəni tülkü xislətlərinin ayılara gərəkli olacağını fikirləşib, onlara bir ərazi də yaratdı və həmin ərazilərin sahibi olan qurdlara xahiş elədi ki, dəyməyin, yazıqdılar, qoyun önların öz əraziləri olsun ki, ona-buna cığıldamasınlar. “Dost” qurdlar da ayının bu xahişini geri çevirmədi, öz torpaqlarından bir az ayırıb verdilər siçanlara. Beləcə, iki qurd diyarının, bir ayı və bir xoruz məmləkətlərinin ortasında siçanlar özlərinə yuva qurmağa başladılar.
Nağıl dili yüyrək olar, deyiblər. Aylar keçdi, illər ötdü, bu siçanlar tülkü xislətlərini işə salıb ayıların sayəsində torpaqlarını xeyli böyütdülər. Qurdlar da “dostları” ayının xatirinə siçanların bu ərköyünlüklərinə dözdülər. Ta o vaxta kimi ki, siçanlar ayıya arxalanıb, dedilər ki, bütün qurdlar bu yerlərdən çıxsın, buralar hələ meymun olduqları vaxtdan onların əraziləri olub. Qurdlar az dedi, çox dedi, siçanlar dediklərini deyib durdular. Axırda qurdların səbr kasası doldu və ayının da, xoruzun da, filin də, hətta uzaqdakı şirin də xahişlərini eşitməyib, siçanlara siçanlıqlarını sübut elədilər və civildəşə-civildəşə girməyə deşik axtardılar. Bundan guya hiddətlənən siçanlar ayı ağalarından küsüb, dedilər ki, biz daha ayı ilə dost olmuruq. Düşdülər dünyanın canına ki, özlərinə yeni dost, yəni ağa, arxa, kömək tapsınlar. Birinci iki xoruz tayfasını tapıb, onları çəkdilər özlərinə tərəf. Başladılar siçanlara oxdan, yaydan verməyə ki, güclənib qurdlardan qisas alsınlar. Uzaqdakı fil də, şir də boş dayanmayıb siçanlara ağa olmağa can atdılar və başladılar yaydan, oxdan ərməğan eləməyə. Ayı bir-iki dəfə onlara başa saldı ki, yazıqsan, heç mən boyda ayı qurdlarla savaşa girməyə risk eləmədim, dünyanın o başından nə xoruz, nə fil, nə də şir qurdlarla sənə görə düşmən olası deyillər. Amma ha dedi, ha başa saldı, siçanlar eşitmədi ki, eşitmədi.Beləcə, bir tərəfində ayı, bir tərəfində qurdların ortasında qalan siçanlar elə bilirlər ki, uzaqdakı xoruz, fil, şir gəlib onları qurdlardan qoruyacaqlar...
Nağılın ardını saxlayıram bir-iki ildən sonra siçanların siçanlıqlarını dərk edib, qısılıb yerlərində oturub, qurdların ətəyindən öpüb, yapışdıqları vaxta...İndilikdə göydən üç yox, düz altı alma düşdü: biri siçanların, biri ayının, biri xoruzun, biri filin, biri şirin, biri də al-qırmızı, üstündə beşbucaqlı işarə olan sonuncu alma isə qurdların!


Nağılı qələmə aldı Təhmasib Novruzov

Digər xəbərlər