PDF Oxu

Köşə

  • 2 042

Uşaqlar niyə yoxa çıxır? - KÜNCDƏN BAXIŞ

image

Elçin Bayramlı

Son vaxtlar uşaqların ortalıqdan itməsi, bəzilərinin heç vaxt tapılmaması çox ciddi təhlükədən xəbər verir. Uşaqların nəzarətsiz buraxılması onların öz səhvi və ya bilmədən cinayətkarların tələsinə düşmələrinə səbəb olur.

Çox təəssüf ki, son vaxtlar dünya üzrə bu problem getdikcə kəskinləşir, vəziyyət faciəvi həddə gəlir. Dünya üzrə il ərzində itkin düşən uşaqların 7-8 milyondur. Bu, çox dəhşətli dərəcədə böyük rəqəmdir. Ümumi dünya ortalamasında uşaqların maksimum üçdə ikisinin itkin düşdükdən bir müddət sonra ölüsü və ya dirisi tapılır. Üçdə biri isə heç vaxt tapılmır. Avropa İttifaqı üzrə ildə 250 minə yaxın uşaq itkin düşür, onların da təxminən 70 faizi tapılır. Türkiyədə bu rəqəm son 8 ildə 100 min civarındadır. Dəhşətli və acınacaqlı rəqəmlərdir. Dünyadakı ölkələrin vəziyyətinə baxanda istər inkişaf etmiş, istər xaos içində olan ölkələrdə rəqəm sayı yüksəkdir. Məsələn, Amerikada son 10 ildə 400000 uşağın yoxa çıxdığı və onların böyük bir hissəsinin heç vaxt tapılmaması artıq sosial fəlakət həddinə çatmaq deməkdir.

Şükür ki, ölkəmizdə bu sahədə o qədər də faciəvi vəziyyət yoxdur. Lakin arada bizdə də belə hadisələr baş verir, uşaqlar ya oğurlanır, zorlanır, öldürülür, ya da izsiz soraqsız yoxa çıxır. Bu isə orqan mafiyasının işi kimi qiymətləndirirlir.

Bu da bizim valideynlərin uşaqlarına qarşı daha diqqətli və məsuliyyətli olması nəticəsində baş verir. Təəəssüf ki, bizdə də məsuliyyətsiz valideynlər var. Təcrübə və faktlar göstərir ki, cinayətkarlar adətən sahibsiz uşaqları və ya üzərində nəzarət olmayan uşaqları qurban olaraq seçirlər.

Burada əsas günahkar valideynlərdir. Uşaqlar mümkün qədər 24 saat nəzarətdə olmalıdır. Heç bir yerə tək şəkildə buraxılmamalıdır. Xüsusən qız uşaqları tək buraxılmamalıdır. Uşaqları nəinki tənha yerlərə, hətta günün günorta çağı ictimai yerlərə belə tək buraxmaq olmaz. Çünki ətrafda seksual manyaklar, seriyalı qatillər, cinayətkarlar da var. Belələri bütün ölkələrdə, o cümlədən bizdə də getdikcə artır. Belə bir mühitdə təhlükəsizliyi təmin etmək çətinləşir. Ona görə də, valideyn olmayan yerdə uşaq olmamalıdır. Ancaq məktəb, baxça kimi yerlər istisna ola bilər. Hətta məktəbə gedərkən və gələrkən uşağın yanında ya valideynlərindən, ya da ailə üzvlərindən şəxslər olmalıdır. Təəssüf ki, dünya artıq belədir.

Bizim uşaqlığımızda bu belə deyildi. Belə şeylərə heç ehtiyac da yox idi. Nə belə hadisələr baş verirdi, nə belə bir qorxu var idi. Lakin indi belə bir zamanda, dünyada yaşayırıq. Ona görə valideynlər həmişə uşaqlarını maksimum nəzarətdə saxlamalıdır. Uşaqların nəinki real həyatda fəaliyyətləri, hərəkətləri, eyni zamanda virtual dünyada fəaliyyətləri tam nəzarət altında olmalıdır. İndi hər kəs balaca uşaqların əlinə bir smartfon verib, azad internet dünyasına buraxıb. Bu virtual dünya qorxunc və nəzarətsizdir. Orada hər cür psixotron təsirlər, terror elementləri var və təcrübəsiz uşaq hər cür cinayətkar qrupların təsirinə, tələsinə düşə bilir. Bəzi yeniyetmələr, kriminal və ya radikal dini qruplaşmaların təsirinə düşür.

Bu istiqamətdə bir çox nümunələr saymaq olar. Yalnız valideynlər bu problemin qarşısını ala, uşağını xilas edə bilər. Bəli, valideynlərin bəziləri işlə əlaqəli, müəyyən səbəblərdən övladlarına nəzarət edə bilmir. Lakin yenə də bir yolunu tapıb, uşaqları maksimum nəzarətdə saxlamalıdırlar. Valideynlər başa düşməlidir ki, hər şey yalnız özlərindən asılıdır. Əksər hallarda belə hadisələrdə birbaşa özlərinin günahı, təsiri olur. Bax buna görə diqqətli olmalıdırlar. Hansı zamanda, dövrdə yaşadıqlarını başa düşməlidirlər. İnsanların son dövrlərdə psixikasının necə pozulduğunu görməlidirlər. Psixi xəstələrin, seksual manyakların, kriminal ünsürlərin artdığını görməlidirlər.

Uşaqlara da bunları öyrətməlidirlər ki, onlar hər cür vəziyyətlərə hazırlıqlı olsunlar. Demək olar ki, bütün dünyada belə edirlər. Uşaqlara həyatın yaxşı yaxşı tərəfləri deyil, pis tərəfləri də izah edilir. Ümumiyyətlə uşaqların həyatı, sağlamlığı, tərbiyəsi, inkişafı, təhlükəsizliyi ilə bağlı bütün məsələlərdə birbaşa məsul yalnız valideynlərdir. Bu məsuliyyəti dərs etməyən valideyn öz uşağı üçün potensial təhlükədir.

Digər xəbərlər