Köşə

  • 2 986

“Məğlub” utancından “qalib” qüruruna aparan yolun başlanğıcı! KÖŞƏ

image

2020-ci ilin 27 sentyabrını hər zaman belə xatırlayacağıq. İllər, on illər, yüz illər ötəcək, amma həmin günü dünyada yaşayan əlli milyon Azərbaycan türkü 260 ildən çox bir müddət ərzində qələbə üzünə həsrət qalan, məğlubiyyət sindromundan çıxa bilməyən xalqımızın bu sindromdan qurtulub da məğrur qalibiyyət hissləri ilə yaşamağa başladığı günlərin ilki kimi xatırlayacaq. Çox qədimlərə gedib çıxmaq istəmirəm. Halbuki, eramızdan min illər öncə bu xalq dünyaya bəxş etdiyi qəhramanlıq, dövlətçilik və mədəniyyət nümunələri ilə haqlı olaraq fəxr edə bilər. Ancaq Əmir Teymur yürüşlərindən sonrakı dönəmlərdə, istər Ağqoyunlu və Qaraqoyunlu hakimiyyətləri dövrü olsun, istər Səfəvi və Əfşar dövlətlərinin dövrü, bu xalq hər zaman qələbələr qazanmaqla nəinki tarixi ərazisini tam bərpa edə bilib, hətta indi Rusiya adlanan dövlətin içərilərindən tutmuş Hindistanın içərilərinə qədər avroasiyanın böyük bir ərazisini nəzarətində saxlamağa belə müvəffəq olub. 1947-ci ildə Nadir şah Əfşarın ölümündən sonra böyük və qüdrətli bir imperiya xırdalanmağa, kiçilməyə, nəhayət, marığa yatmış çar Rusiyası tərəfindən işğala məruz qaldı. Məhz XVIII əsrin ortalarından başlayaraq Azərbaycan türkləri yadların müstəmləkəsi altına düşməyə başladı. Bu, yetməzmiş kimi tarixi Azərbaycan torpaqlarında yadları yerləşdirən rus və onunla bu siyasətdə həmrəy olan dünya gücləri zaman-zaman bu torpaqlarda həmin yadları ev sahibi etməyə, onlara dövlət qurmağa, tədricən Azərbaycan adlanan bir məmləkəti yer üzündən silib də, gəlmə hayları bu torpaqların yeganə sahibləri olmalarına rəvac verməyə can atdılar. İki yüz ilə yaxın bir müddətdə bu istəklərinin bir hissəsini reallaşdırmağa da nail oldular. Fəqət bütün olanları görən yerin, göyün, bütün kainatın yaradanı və idarə edəni, tükənməz qüdrət sahibi olan rəbbin ədalət tərəzisi bu haqsızlıqları götürə bilməzdi və götürmədi. Bu ədalətsizliklərə son qoymaq və dünyaya, yer kürəsinə ən böyük mədəniyyət bəxş etmiş xalqlardan birinin indiki durumdan çıxarılması üçün bu millətə HEYDƏR ƏLİYEV adı ilə bir düha göndərdi. Bir məşhur mahnıda deyildiyi kimi, “sığal saçlarına allahın əli dəyən” bu düha tanrının onun həyatına bəxş etdiyi missiyanı şərəflə yerinə yetirdi. Yarımçıq qalan missiyanın davamı üçün də öz canından, qanından gerçək bir lider yetişdirməyi də unutmadı. 35 milyonu cənubda fars - şovinist rejiminin, on milyonu şimalda çar-sovet rusiyası rejiminin qurbanlarına çevrilmiş bir millət, nəhayət, yüz illər sonra yenidən özünün azad, müstəqil dövlətini qura, onu qələbədən-qələbəyə daşıya bildi. Böyük fillosoflar, əslində, bir-birini təkzib kimi görünən iki fikirdə zaman-zaman bir-birini inkar ediblər: “tarixi şəxsiyyətlər yaradır” və vaxud “şəxsiyyətləri tarix yaradır” fikirlərində. Son otuz ilimizin tarixi birmənalı onu deməyə əsas verir ki, bu fikirlər, əslində, bir-birinin inkarı deyil, təsdiqidir. Belə ki, Azərbaycan xalqının son iki yüz ildə yaşadığı tarix, nəhayət, HEYDƏR ƏLİYEV kimi bir qüdrəti yaratmalı idi və yaratdı. HEYDƏR VƏ İLHAM ƏLİYEVLƏR də tarixin onların çiyinlərinə qoyduğu xəyallara bənzər missiyanı ləyaqətlə yerinə yetirdilər və nəticədə, tarixin yaratdığı bu iki şəxsiyyət özləri gerçək və qürurverici bir tarix yaratdılar. Bu tarixin bütün çalarlarından söhbət açsaq, minlərlə cild kitab bağlamalı olarıq. Bu yazımızda, haqqında yenə geniş danışmağa lüzum görmədiyimiz, ilk baxışda, sadəcə, düşmən üzərində qələbə kimi görünən, amma böyük tarixi dönüşün başlanğıcı olan 44 günlük zəfər savaşına start verildiyi günü xatırlatmağı özümə borc bildim. Əslində, xatirələrdən heç vaxt çıxmayacaq bu günün xatırladılmasına da elə bir ehtiyac yoxdu. Ancaq bu günü ona görə xatırlatmaq istədim ki, 27 sentyabr təkcə xalqımızın şeytan qanından dünyaya səpələnmiş erməni vandalları üzərində qələbəyə aparan yolun start günü kimi deyil, qədim bir xalqın 260 illik məğlubluq utancından xilas olub da qaliblik qüruru yaşamasına start verilən gündür. Kim bilir, bu zəfər duyğusu bizi gələcəkdə daha hansı qələbələrə aparacaq! Axı qədim, qüdrətli bir imperiya neçə yerə bölünüb! Onu yenidən birləşdirməyə doğru gedən yolun başlanğıcıdı 27 sentyabr 2020-ci il! Allah bu tarixi yolun bünövrəsini canları, qanları bahasına qoyan, başda Ulu Öndər Heydər Əliyev olmaqla bütün şəhidlərimizə rəhmət eləsin! Allah bu müqəddəs yolda sağlamlığını itirmiş qazilərimizdən şəfasını əsirgəməsin! Allah, başda Ali Baş Komandan, əlli milyonluq dünya azərbaycanlılarının şəriksiz lideri İlham Heydər oğlu Əliyev olmaqla xəyallarımızı gerçəyə çevirən bu tarixi zəfəri xalqımıza bəxş edən ordumuza, bütün əsgər və zabitlərimizə, nəhayət, 44 günlük savaşda dəmir yumruq kimi birləşən xalqımıza yeni zəfərlər bəxş etsin! AMİN!!!

Təhmasib

sia.az

Digər xəbərlər