Dünyadan vaxtsız köçmüş Milli Məclisin deputatı
Qənirə Paşayevanın əziz xatirəsinə həsr olunur
Haqq dünyaya köçün gedir,
Qənirə, elin ağlayır.
Zalım fələk gör nə edir?
Bağlarda gülün ağlayır.
Xalqın qəlbində əzizdin,
Sən həm təbib, həm "yurist"din.
Axar bulaqtək təmizdin,
Bulaqlar, sellər ağlayır.
Tuti dilin susdu niyə?
Nifrət etdin zəmanəyə?
Döndün dildə əfsanəyə,
Səninçün elin ağlayır.
Dərdə necə dözsün ana…
Baxır böyük izdihama…
Balası yetmədi kama,
Əlvida, elin ağlayır!…
Mürsəlova Ofelya,
ADPU-nun sabiq müəllimi