Oktyabrın 10-da Bakıda Polşa Film Festivalı keçiriləcək.Bu barədə SİA-ya Polşanın Azərbaycandakı səfirliyindən məlumat verilib.Nizami Kino Mərkəzində baş tutacaq festival çərçivəsində Polşa istehsalı olan “Solid Gold”, “Bread and salt”, “Filip” və “Supernova” filmləri nümayiş etdiriləcək. Filmlər Azərbaycan dilində subtitrlə olmaqla polyak dilində göstəriləcək.Tədbirə Polşa Kinematoqrafçılar Assosiasiyasının prezidenti Jacek Bromski də qatılacaq.Festivala oktyabrın 13-də yekun vurulacaq.
Rahul Mişra özünün "Devi: The Eternal Muse" adlı kutür kolleksiyasını təqdim etdi...
Penelope Kruz, Xavyer Bardem ilə 16 illik evliliyi haqqında...