Mədəniyyət

  • 12 117

Zəfərlərin mübarək, Ali Baş Komandanım! ŞEİR

image

Bayram edir Vətənim, hər yanı bir tamaşa,

Qarabagın incisi-azaddır əziz Şuşa,

Üçrəngli bayrağımla bəzənib başdan-başa,

Elim, obam, yurd-yuvam, doğma Azərbaycanım,

Zəfərlərin mübarək, Ali Baş Komandanım!

Coşub-daşır Xəzərim, Dəli Kürüm, Arazım,

Seçilmir bir-birindən payızım, qışım, yazım,

“Qarabağ şikəstəsi” şirin-şəkər avazım,

Ucalır zirvələrə şərəfim, şöhrət-şanım,

Zəfərlərin mübarək, Ali Baş Komandanım!

Hələ bizi gözləyən neçə ellərimiz var,

Qar-boranlı, tufanlı, daşlı yollarımız var,

Dəmir yumruq silahı, igid ərlərimiz var,

“Vətən, vətən” dedikcə damarda coşur qanım,

Zəfərlərin mübarək, Ali Baş Komandanım!

“Gülüstan”dan başlayıb bölündük para-para,

“Türkmənçay”da hərəmiz səpildik bir diyara,

Nə əzildik, nə sındıq çəkilsək də hey dara,

İllərdir həsrət çəkir Təbrizim, İrəvanım,

Zəfərlərin mübarək, Ali Baş Komandanım!

Hiyləgər yağı düşmən üz tutsa da haraya,

Xainlər bata bilməz bu müqəddəs diyara,

Günəş kimi doğacaq Zəngəzurdan dünyaya

Ulu soyum, soy-adım, Türküstanım, Turanım,

Zəfərlərin mübarək, Ali Baş Komandanım!

Zəfərlərin mübarək, Ali Baş Komandanım!

Zahid Əziz

Digər xəbərlər