Mədəniyyət

  • 4 025

"Gənc Fest" festivalının açılış mərasimi keçirilib

image

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi, gənclərlə görüşünün 30 illiyinə həsr olunan “Gənc Fest” festivalının açılış mərasimi olub. SİA xəbər verir ki, Avropa Oyunları Parkında 4 gün davam edəcək tədbirdə respublikanın müxtəlif regionlarından gənclər qatılıb.Mərasimdə öncə Dövlət Himni səsləndirilib. Ardınca ölkənin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Daha sonra gənclər və idman nazirinin müavini İndira Hacıyeva çıxış edərək festival iştirakçıları və media nümayəndələrini salamlayıb: "Bu əlamətdar gündə burada olduğunuz üçün hər birinizə təşəkkür edirəm. Bu gün gənclərin bayramıdır. Bildiyiniz kimi, Ulu Öndər Heydər Əliyevin gənclərlə görüşünün 30 illiyinə həsr olunan bu festivalda məqsəd gənclərimizin inkişafına təkan verməkdir. Ölkəmizdə idman sahəsinin inkişafı göz önündədir. Bu 30 ildə gənclər siyasətində çox dəyişiklik baş verib. İstər Bakıda, istər regionlarda idman tədbirləri keçirilir. Bununla yanaşı, 50-yə yaxın idman kompleksinin, yüzlərlə meydançanın və hovuzun əsası qoyulub. Bunların hər biri gənclərin fiziki sağlamlığı üçün nəzərdə tutulub. Bunun nəticəsidir ki, Azərbaycanı beynəlxalq arenada təmsil edən gənclərimizin sayı artıb və biz onlarla fəxr edirik”.Azərbaycan Gənclər Fondunun icraçı direktor vəzifəsini müvəqqəti icra edən Qədir Xəlilov isə bildirib ki, "Gələcəyimiz gənclərin əlindədir" şüarı özünü doğruldur: "Gənclərimiz öz üzərində işləyir və bayrağımızı beynəlxalq yarışlarda dalğalandırırlar. Regionlarımızda düşərgələr, seminarlar, festivallar keçirilir. Bunların hər biri gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçündür".Festival Gənclər və İdman Nazirliyi, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti və Gənclər Fondunun birgə təşkilatçılığı ilə təşkil olunub.Festivalın ilk günündə iştirakçılara effektiv komanda işi, yanğın təhlükəsizliyi, ilkin tibbi yardım, ilkin hərbi hazırlıq və teatr sənəti haqqında təlimlər keçirilib.Növbəti günlərdə “Bərpa Olunan Enerji”, “Nüvə Enerjisi”, “Su Çatışmazlığı”, “Texnoloji İnnovasiyalar” kimi ekoloji mövzularda debatlar da olacaq.Proqramı uğurla başa vurmuş və nailiyyət kitabçasında həmin təlimlərə müvafiq möhürləri toplamış şəxslərə sertifikat təqdim ediləcək.

Digər xəbərlər