Mədəniyyət

  • 5 020

“Qarabağ və Şərqi Zəngəzurda 705 tarix və mədəniyyət abidəsi dövlət qeydiyyatına alınıb" - SƏADƏT YUSİFOVA

image

Qarabağ və Şərqi Zəngəzurda 705 tarix və mədəniyyət abidəsi dövlət qeydiyyatına alınıb". SİA xəbər verir ki, bu sözləri “Mədəni irs” forumunun açılış mərasimində çıxış edən Mədəniyyət nazirinin müavini Səadət Yusifova deyib.O bildirib ki, 2020-2022-ci illərdə Mədəni irsin qorunması, bərpası və inkişafı Dövlət Xidməti tərəfindən 433 tarix-mədəniyyət abidəsinə baxış keçirilib, eləcə də həmin ərazilərdə yerləşən dövlət qeydiyyatında olmayan tarixi, memarlıq, arxeoloji əlamət daşıyan 182 obyektin - yeni aşkar olunmuş abidənin monitorinqi aparılıb.Hazırda ölkəmizdə dövlət mühafizəsinə götürülmüş 6308 abidə mövcuddur. 1400-dən artıq tarix və mədəniyyət əhəmiyyətli obyekt yeni aşkar edilmiş abidə qismində qeydə alınıb. 26 tarix-mədəniyyət qoruqları fəaliyyət göstərir. Onlardan 4-ü UNESCO-nun ümumdünya irs siyahısına daxil edilib".

Digər xəbərlər