Mədəniyyət

  • 6 539

Koreya mətbəxi haqqında nə bilirik?

image

Cənubi Koreya dedikdə, ilk olaraq, insanın ağlına oranın musiqiləri, geyim tərzi və fərqli Asiya mətbəxi gəlir. SİA məlumat verir ki, Koreya rəngarəng həyatları ilə bir çox ölkədən fərqlənir. Orada yaşam tərzi, mədəniyyət və texnologiya üst plandadır. Koreya ən çox inkişaf etmiş ölkələr siyahısına daxildir. Bu ölkədə hər an yeni texnologiya yaradılır və burada təhsilə çox önəm verilir. Bir çox ölkədən fərqli olaraq dərs saatları çoxdur. Sinif otaqları, əsasən, lazımi avadanlıqla təchiz olunub. Təhsilin keyfiyyəti yüksəkdir və tələbələr bir çox başqa ölkələrlə müqayisədə müxtəlif sahələrdə daha çox bilik əldə edirlər. Burada təhsil alan insanlar beynəlxalq aləmdə fərqlənməyə və işlə təmin olunmağa davam edirlər.

Koreyada hər şey olduğu kimi, mətbəx də tamamilə fərqlidir. Koreyalıların və xarici vətəndaşların ən sevdiyi yemək küçədə satılan Koreya yeməkləridir. Restoran seçiminin əvəzinə daha çox insanlar küçə yeməklərini yeməyə axın edir. Bir çox insan burada satılan yeməklərin restoran, kafe yeməklərindən daha dadlı olduğunu bildirir. Üç tip küçə yeməkləri satan yerlər vardır. Birincisi, çadır şəklindədir. Burada, eyni zamanda, axşamlar içki içmək istəyənlərin də məkanıdır. İkincisi, səyyar maşınlarda satanlar. Üçüncüsü isə, milli market və ya restoranlardır. Cənubi Koreyada insanlar küçə yeməklərinə çox böyük maraq göstərirlər. Əslində, Coson krallığı dövründə kralların yedikləri doqboqqi və sunde kimi yeməklər hal-hazırda Koreya küçələrində daha ucuz əldə edib yemək mümkündür. İşdən çıxdıqda çox asanlıqla tapılan stake, tost, kofe, pizza, toyuq qızartması və s. ilə bərabər daha çox qızardılmış hazır yeməklərə üstünlük verilir.

Bildiyimiz kimi, koreyalılar daha çox dəniz məhsullarını yeməyi daha çox sevir və tərcih edir. Buna görə Koreyanın bütün şəhərlərində dəniz məhsullarının satıldığı böyük obyetklər, yarmarkalar və Koreyanın Seul şəhərində ən böyük dəniz məhsulları satışı edən bazar mövcuddur. Bazara daxil olduqda girişdən sona kimi bir çox canlı dəniz heyvanlarını görə bilərsiniz. Bazar adlandırılmasına baxmayaraq, oranı hətta restoran adlandırmaq olar. Bütün hər yerdə oturacaqlar və masa var. Həmin bu bazarda dəniz məhsulu alıb gedə və ya onu orada bişitdirib əyləşib yemək yeyə bilərsiniz. Orada videoçəkilişə çox icazə verilməsə də, bəzi insanlar videoçəkilişinq qısa olmasını istəyərək icazə verirlər.

Koreya mətbəxində dəniz məhsullarından əlavə olaraq düyünü, əriştələri, donuz ətini sevirlər. Bir çox yeməklərində acıdan, yaşıl soğandan, sarımsaqdan və xüsusilə, yumurtadan istifadə edirlər. Yəni, yumurtanı hətta ana yeməkdə də istifadə edirlər. Burgerlərdə, şorbalarda və ən çox düyü bişirdiklərində istifadə edirlər. Əminlikə deyə bilərəm ki , yumurtasız düyü yemirlər. Qulağa maraqlı səslənsə də, bu, belədir və düyüdən bir çox yemək, qəlyanaltılar hazırlayırlar.

Çörək yerinə qaynadılmış düyü istifadə edilir. Bu düyü yeməkləri də ədviyyatlar və tərəvəzlər əlavə edilərək süfrəyə verilir. Qızartma zərərli olsa da, bir çox Koreya yeməkləri yüksək odda və bol yağda qızardılaraq təqdim edilir.

Jajangmyeon - Qara lobya əriştəsi kimi də tanınan jajangmyeon koreyalıların ləzzət aldığı yeməkdir. Onun əsas maddələri toyuq, sousu və əriştə kimi tanınır.

Bibimbap - Qarışıq düyü mənasını verən Bibimbap təxminən 30-35 dəqiqə ərzində hazırlanır. Düyü, ispanaq, yerkökü və qiymə kimi ərzaqlarla qarışdırılır. Dadını artırmaq üçün bişmiş yumurta da əlavə edilir.

Mandu- Koreya köftəsi kimi tanınan mandu digər yeməklərdən dadımıza daha yaxındır. İçliyində soğan, qiymə və qara göbələk istifadə olunur. Hazırlanmış mandu qaynadılmış yox, qızardılmış şəkildə verilir.

Kimbap - Koreya mətbəxinin ən sevilən və məşhur ləzzətlərindən biri kimbapdır. Dəniz yosunu və düyü ilə hazırlanan kimbap suşiyə bənzəyir. Rəngarəng görünüşü və dadı ilə Uzaq Şərq ölkələrində böyük diqqət çəkir.

Ramen - Əslində, yapon mətbəxinə xas bir yemək olan ramen toyuq, yumurta və əriştə ilə hazırlanır. Başlanğıc menyularında təqdim edildiyi bilinir.

Yakwga- şərbətli desert, xırtıldayan peçenye xəmirinə bənzəyir. Hazırlanmış xəmir qızardıqdan sonra şərbətdə saxlanılır.

Acılı Tteokbokki - Əsas tərkib hissəsi düyü tortu olan bu yeməyi kök, kələm və sousla süfrəyə verirlər. Hazırlıq mərhələləri bir qədər zəhmətli olsa da, Uzaq Şərq ölkələrində çox məşhur olduğunu deyə bilərik.

Fishcake - Fishcake sümüksüz balıq, karides və kalamar ilə hazırlanan yeməkdir. Onun türkcə qarşılığı “balıq tortu” olsa da, balıq tortu kimi də tanınır. Təxminən 20-25 dəqiqəyə hazırlanır.

Bingsu- Fishcake sümüksüz balıq, karides və kalamar ilə hazırlanan yeməkdir. Onun türkcə qarşılığı “balıq tortu” olsa da, balıq tortu kimi də tanınır. Təxminən 20-25 dəqiqəyə hazırlanır.

Sevilin Abbasova

Digər xəbərlər