Mədəniyyət

  • 4 936

“Mədəniyyət xadimlərinin tanınmasında dövlətin yaratdığı şərait mühüm rol oynayır” - ŞƏRH EDİLDİ

image

“Elbay Qasımzadə Azərbaycanın çox görkəmli arxitekturudur. O, arxitekturanı bütün əsaslarına qədər dərindən bilən mükəmməl elm adamı kimi ölkəmiz üçün dəyərli şəxsiyyətlərdəndir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Nizami Cəfərov deyib. Deputat bildirib ki, Elbay Qasımzadənin Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Əmək” ordeni ilə təltif edilməsi sevindirici haldır: “Ümumiyyətlə mədəniyyət, elm və müxtəlif sahələrdə peşəkarların, sənətini mükəmməl bilənlərin bu cür təltif edilməsi dövlətimizin onlara verdiyi böyük dəyərin göstəricisidir. Bu Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu bir ənənədir ki, böyük sənətkarlar qiymətləndirilməlidir. Azərbaycanda isə bu cür dövlət və cəmiyyətin həyatında mühüm yerə sahib olan sənətkarlar hər zaman dövlətin diqqət mərkəzində olublar.Ulu Öndər Heydər Əliyevin dövründə elə bir sənətkar yox idi ki, onun tərcümeyi-halında Heydər Əliyevin rolu olmasın. İndi həmin ənənəni dünya azərbaycanlılarının Prezidenti İlham Əliyev davam etdirir. Zənnimcə bu da Ulu Öndərin əsasını qoyduğu ənənənin yeni keyfiyyətdə təzahürüdür. Azərbaycanın böyük mədəniyyət xadimləri bu gün dünya miqyasında tanınırlar və burada dövlətin yaratdığı şərait mühüm rol oynayır”.

Müəllif: Səbinə Hüseynli

Digər xəbərlər