Mədəniyyət

  • 4 796

Bakıda “Neoklassika dünyası” adlı konsert təşkil olunub

image

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi zalında “Neoklassika dünyası” adlı konsert keçirilib. Tədbirin təşkilatçısı Azərbaycanda, eləcə də bütün Avropada, Böyük Britaniyada və Rusiyada qədim malikanələrdə şam işığında, damlarda, oranjereyalarda, planetarilərdə və digər yerlərdə unikal mədəni ab-hava yaradan “RED EVENTS & Distribution ltd” kreativ agentliyidir.SİA AZƏRTAC-a istinadən xəbər verir ki, tamaşaçılar gecədə memarlığın, musiqinin və yüzlərlə şamın sinerjisini hiss ediblər. İstedadlı pianoçu Nigar Əsədullayevanın ifasında sehrli atmosferdə “Neoklassika dünyası” adlı maraqlı proqram təqdim olunub.Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunu, Rəşid Behbudov adına 2 saylı musiqi məktəbinin müəllimi Nigar Əsədullayeva konsert proqramı çərçivəsində Lüdoviko Eynaudi, Hans Simmer, Maks Rixter və Olafur Arnalds kimi neoklassika ustadlarının fortepiano əsərlərini, eləcə də Enyanın kelt musiqisini ifa edib. Proqrama “May it Be”, “Only Time”, “Karib dənizinin quldurları” filmindən saundtreklər, məşhur “Una matına”, “Songs for Tony” və hazırda neoklassika sırasına daxil olan digər kompozisiyalar daxil idi.

Digər xəbərlər