Mədəniyyət

  • 6 308

Bir əlində qələm, bir əlində silah - (Esse)

image

Vüsal Nizami oğlu Hətəmov- 45

Uşaq yaşlarında yəqin ki, heç vaxt Vüsal bəyin ağlına gəlmirdi ki, zaman gələcək o, Şah İsmayılın tədqiqatçısı olacaq və sonra onun kimi bir əlində qələm, bir əlində silah Vətən torpaqlarını yağı düşməndən təmizləməyə, Azərbaycanın bütövlüyü uğrunda döyüşlərə gedəcək.

Deməli, tarix təkrarlandı. Vüsal bəy həm Şah İsmayılın çox maraqlı tədqiqtçısı oldu və Qarabağ torpağımız uğrunda igidliklə döyüşdü.

Biz, Sumqayıt Dostlar Klubunun idarə heyyətinin üzvləri Vüsal bəyi ad günü-45 yaşı münasibətilə təbrik edirik. Ona can sağlığı və ailə səadəti arzu edirik.

Qoy Şah İsmayılın bu sözləri həyatda həmişə onun talismanı, ali məqsədi olsun: “Bilin ki, altı müqəddəs işi, fikiri bizim üçün əmanət qoyub babalarımız. Vətənimiz. Dilimiz. Dinimiz. Mədəniyyətimiz. Qeyrətimiz.

Qüdrətimiz. Biz də onları qoruyub, gələcək nəsillərə ötürməliyik. Əgər sizin damarlarınızda igidlərin, qoç babaların qanı axırsa, onda ayaqlara düşmüş, parça-parça olmuş Vətəni azad etməkçün yumruq kimi birləşməliyik. Bilin ki, Allahdan sonra ən böyük din Vətəndir. Vətən iman əsəridir. Biz Vətənin azadlığı, birliyi naminə xalqın, elin inamından, gücündən, birliyindən hökmən istifadə etməliyik. Milli birliyi və inamı olmayan xalq ölümə məhkumdur. Bu inam və birliyimiz olsa, bu, bizi həmişə qələbələrə aparacaq”.

Biz, bilirik ki, sən də bu amal uğrunda, bu ali məqsədlə yaşayırsan əziz Vüsal bəy. Amalın, məqsədin və 45 yaşın mübarək!

Dostlar adından

Ağalar İdrisoğlu
Əməkdar incəsənət xadimi

Digər xəbərlər