Azərbaycanı “Avroviziya 2024" mahnı müsabiqəsində təmsil edəcək ifaçının adı açıqlanıb. Yarışmaya bu il iştirakçı kimi Fahree (Fəxri İsmayıl) gedəcək. Bu haqda “Avroviziya”nın rəsmi saytında məlumat verilib. Qeyd edək ki, bu il yarışma İsveçin Malmö şəhərində keçiriləcək. Birinci və ikinci yarımfinallar 7 və 9 may tarixlərində, final isə 11 may 2024-cü ildə planlaşdırılıb. Təmsilçimiz birinci yarımfinalın ikinci hissəsində çıxış edəcək.
Azərbaycan təmsilçisi birinci yarımfinalda Ukrayna, Kipr, Polşa, Serbiya, Litva, Xorvatiya, İrlandiya, Sloveniya, İslandiya, Finlandiya, Portuqaliya, Lüksemburq, Avstraliya, Moldova iştirakçıları ilə yarışacaq.
Mətləb
Təşəbbüs asılılıqdan əziyyət çəkən insanlara kömək etməyi hədəfləyir...
60 ildən sonra unikal bir arxiv ictimaiyyətə açıqlandı…
Onlar onu Hollivudun əsas ulduzuna çevirdilər...
Çulpan Xamatova 14 yaşında “şüuraltı” vəftizindən danışıb və tatar dilində danışmadığını etiraf edib