PDF Oxu

Mədəniyyət

  • 7 446

Həsrətli gözlər -ŞEİR

image

Şairə Aləmzər Xudiyevaya həsr olunur

Elə gözəldir ki, gözəl gözlərin
Üzünə nur saçıb mələklər kimi.
Elə dolmusan ki, buludlar kimi
Gözlərin yaş tökur bulaqlar kimi.
Elə alışırsan ki, alovlar kimi
Ürəyin köz tutub ocaqlar kimi.
Bir cüt igid gözəl balan
Uçub yuvandan
Ömürlük gəlməyən qonaqlar kimi.
İlk gəlinin qonaq köçüb, ilk mələyinlə
Heç zaman dönməyən "ürəklər" kimi.
Maşallah, bir gözəl oğul balan evdə gəlinin
Sənə təsəllidir bir cüt nəvənlə,
Aləmzar bacım, səni bu dünyaya bağlayıb bu gün.
Şükürlər, evinin çırağın yandırıb bu gün
Gözlərin özündən xəbərsiz bu gün
Dərdlərə bürünüb, şeirə dönüb.
Ağlayır, ağlayır göydə fəryad edən buludlar kimi,
Səni çox qoruyur həyat yoldaşın
Sənə dayaq olub əzizlər kimi.
Ruhun göylərdədir balalarınla
Uçursan göylərdə küləklər kimi.
Şeirlər söyləyir dodaqların da kitaba çevrilən vərəqlər kimi.

Arzularım

Şairə Aləmzər Xudiyevaya həsr olunur

Ömrümün baharı ömrümün yazı
Özümdə bilmədim heç necə keçdi.
Üzümdə çəkdiym ağrının izi
Gözündə talehin acısı qaldı.

Bir bağça salmışdın zülm-zillətlə
O güllü bağçanı boran-qar döydü.
Bilmədim nə üçün, bilmədim nədən?!
Dərd-qəmdən ürəyim məzara döndü.

Fələk arzuları aldı apardı
Bir dərin quyuda məzara gömdü.
Qaldım bu dünyada, qaldım "avarə"
Bilmədim göydəyəm, yoxsa ki yerdə.

Dərdlərin əlindən gəldim bezarə
Güllü bağçalarım xəzanə döndü.
Öldü gülüşlərim , öldü sevincim
Üç böyük məzarda "məzarə" döndü.
Gözəl arzularım, xəyallarımla
Həmin gün əbədi məzara döndü...!

Aybəniz Muxtar

Digər xəbərlər