İstanbulda Azərbaycan şairi Məhəmməd Füzuliyə həsr olunan bədii gecə keçirilib. Tədbir Türkiyədə fəaliyyət göstərən “Xarıbülbül” Azərbaycan Vizyon Teatr Birliyi tərəfindən Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə baş tutub. Tədbir Prezident İlham Əliyevin dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi ilə bağlı Sərəncamına əsasən təşkil olunub.
Bədii gecədə Vizyon Teatr Birliyi tərəfindən ərsəyə gələn “Məhəmməd Füzuli - Azərbaycanın ədəbiyyat və mədəniyyət tarixinin qüruru” sənədli filminin təqdimatı olub. Film Teatr Birliyinin “Mehtaplı gecə” layihəsi çərçivəsində ərsəyə gətirilib.
Mətləb Salahov
Təşəbbüs asılılıqdan əziyyət çəkən insanlara kömək etməyi hədəfləyir...
60 ildən sonra unikal bir arxiv ictimaiyyətə açıqlandı…
Onlar onu Hollivudun əsas ulduzuna çevirdilər...
Çulpan Xamatova 14 yaşında “şüuraltı” vəftizindən danışıb və tatar dilində danışmadığını etiraf edib