Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyinin təşkilatçılığı ilə 20-23 iyul tarixlərində ölkəmizdə Özbəkistan Kinosu Günləri keçiriləcək. Nazirlikdən SİA-ya verilən məlumata görə, bu münasibətlə Özbəkistan Respublikası mədəniyyət nazirinin müavini Avazxon Tadjixanov və "Özbəkkino" Milli Agentliyi baş direktorunun müavini Əlişer Xocayevin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfərə gələcək.
İyulun 20-i saat 19:00-da Nizami Kino Mərkəzində kino günlərinin açılış mərasimi keçiriləcək. Mərasimdə "Evrilish" ("Təkamül") bədii filmi nümayiş olunacaq.
Kinosevərlər iyulun 21-də saat 14:00-da "Yasha, xotin" ("Yaşa, arvad"), 16:00-da "Sudya" ("Hakim") filmlərini izləyəcəklər.
İyulun 23-də, sonuncu gün saat 11:00-da "Baxodir" ("Bahadır") filmi göstəriləcək. Seanslara giriş sərbəstdir.
Təşəbbüs asılılıqdan əziyyət çəkən insanlara kömək etməyi hədəfləyir...
60 ildən sonra unikal bir arxiv ictimaiyyətə açıqlandı…
Onlar onu Hollivudun əsas ulduzuna çevirdilər...
Çulpan Xamatova 14 yaşında “şüuraltı” vəftizindən danışıb və tatar dilində danışmadığını etiraf edib