Mədəniyyət

  • 2 312

Azərbaycan qadınının parlaq siması TƏHLİL

image

Azərbaycan qadınının obrazını dünya ölkələrinə əməli fəaliyyəti ilə təqdim edən, xeyriyyəçilik və humanizm kimi dəyərləri ilə insanlıq adını uca tutan, müasir dünyamızın çağırışlarına cavab verən layihələri ilə milyonlarla insanın məhəbbətini qazanan Azərbaycanın Birinci Xanımı, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva portret cizgilərini yaratmışdır. Hər kəs bu İnsanın simasında təcəssüm olunan yüksək həyat amalını sezir. Milyonların sevgisini qazanan Azərbaycanın Birinci xanımının Vətən sevgisindən qaynaqlanan təmənnasız xidməti və genişmiqyaslı layihələri Onun məğrur və güclü obrazını təqdim edir. Azərbaycan poeziya aləmində çoxsaylı kitabları ilə tanınan Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin, Azərbaycan Aşıqlar Birliyinin və Azərbaycan Ağsaqqalar Şurasının üzvü Şəmistan Göycəlinin qələmə aldığı "Azərbaycan qadınının parlaq siması" poetik-publisist kitabında çoxəsrlik tariximizdə ictimai-siyasi və mədəni həyatda Azərbaycan qadınının müdrikliyi, mətinliyi və əzmkarlığı, o cümlədən, müasir dövrümüzdə Azərbaycanın Birinci vitse-prezidenti, Azərbaycanın Birinci xanımı, Heydər Əliyev Fondunun Prezident Mehriban Əliyevanın sosial, iqtisadi, mədəni inkişafımıza töhfə verən layihələri tərənnüm olunur.

Kitabın ön sözünün müəllifi filologiya üzrə elmlər doktoru Mahirə Hüseynova "Həqiqəti tərənnüm edən vətəndaş şair" başlıqlı yazısında mərdliyi, vətənpərvərliyi, mübarizliyi ilə tarixən seçilən Azərbaycan qadınılarının milli ədəbiyyatımızda, o cümlədən Şəmistan Göycəlinin kitabında yer aldığını qeyd edərək, şairin Azərbaycanın Birinci xanımının həyata keçirdiyi layihələrini yeni nəşrdə özünəməxsus bir şəkildə oxuculara təqdim olunduğunu qeyd edir. Ön sözün müəllifi qeyd edir ki, Azərbaycan xalqının mənəvi irsinə, azərbaycançılıq ideolgiyasına, suveren hüqüqlarının təmin olunmasına, eləcə də, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan Prezidenti İlham Əliyevlə işğaldan azad olunan ərazilərimizə gedərək, burada həyata keçirilən abadlıq-quruculuq işlərinə töhfə verməsi müəllifin bədii təfəkküründən poetik dünyaya yol almışdır.

Kitaba daxil olan "Yurdumuzun qayğıkeş, əziz, mehriban qızı" adlı poemasında müəllif Azərbaycanın bir dövlət olaraq məxsusiliyinin dünyəviləşməsi istiqamətində Mehriban Əliyevanın gördüyü işlərə nəzər salaraq, xalqımızın mənəvi sərvətinin və milli mədəniyyətinin təbliği və inkişafı istiqamətində reallaşan layihələri diqqətə çəkib. Bunun millət və dövlət maraqları baxımından, müstəsna əhəmiyyətə malik olmasını poetik dillə, bədii təsvir vasitələrinin köməyi ilə çağdaş poeziyamıza həkk etmişdir:

Aqillərdən dərs alan

Yurdumuzun qayğıkeş,

Əziz, mehriban qızı,

Xoşniyyətli xalqımın,

Xoşməramlı ulduzu.

Cəmiyyətin sosial qayğılarına daim diqqət yetirən Heydər Əliyev Fondu həyata keçirdiyi layihələrlə əhalinin səhiyyə problemlərinin aradan qaldırılmasında yaxından iştirak edir. Fondun başlıca vəzifələrindən biri uşaq evləri və internatlardakı uşaq və yeniyetmələrə, habelə müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqlara yardım etməkdir. Şairin misralırında Azərbaycanın Birinci xanımının humanist prinsipləri, insanların taleyinə olan isti münasibəti çoxşaxəli fəaliyyəti bir daha oxucuların diqqətinə çatdırılır. Mehriban Əliyeva fiziki cəhətdən qüsurlu olan insanların cəmiyyətə inteqrasiyasına, onların istedadlarının üzə çıxarılmasına və inkişaf etdirilməsinə, əməklərinin qiymətləndirilməsinə xüsusi əhəmiyyət verir.

Gəncliyə, gələcəyə

İşıqlı yollar açan.

Boy atan nəsillərin

Yollarına nur saçan.

- yazan şair Heydər Əliyev Fondunun prezidententinin əməli fəaliyyətinin işığında ğöyük uğurların yaşandığını göstərir.

"Azərbaycan qadınının parlaq siması" adlı yazısında "Təhsilə dəstək", "Diabetli uşaqlara ən yüksək qayğı" kimi layihələrinə diqqət çəkir. Heydər Əliyev Fondunun təhsilə xüsusi önəm verərək, "Yeniləşən Azərbaycana yeni məktəb" Proqramı çərçivəsində ölkənin müxtəlif regionlarında məktəblərin yenidən qurulması, müasir avadanlıqla təmin olunması, kitabxanaların ədəbiyyatla zənginləşdirilməsi istiqamətində mühüm işlər gördüyünü yazıda özünü büruzə verir. Fondun "Təhsilə dəstək" layihəsi isə birbaşa tədrisin keyfiyyətinə təsir göstərən problemlərin həllinə, təhsil ocaqlarının əyani vəsaitlə, şagirdlərin lazımi dərs ləvazimatı ilə təmin olunmasına kömək edir.

Eləcə də "Azərbaycan - tolerantlığın ünvanı" layihəsi çərçivəsində Avropada Versal Sarayının memarlıq abidələrinin, kafedral kilsənin vitrajlarının bərpası Azərbaycanda tolerantlığın, dözümlülüyün, dünya mədəniyyətlərinin rəngarəngliyinə hörmətin qədim və möhkəm kökləri olduğunu özündə bir daha ehtiva edir. Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva Roma şəhərinin ətrafında yerləşən 60-a yaxın katakombaların bərpasında əhəmiyyətili işlərə imza atmışdır. Müqəddəs Marçellinio və Pietro katakombaları xristian aləmi üçün ən mühüm və ən maraqlı abidələrdən biridir və bu addım dinlər və mədəniyyətlərarası dialoqun daha bir parlaq nümunəsi olaraq tarixə yazıldı. Heydər Əliyev Fondunun Fransanın Orn Departamentinin Santiyi, Fresnay o Sovaj, San-İler la Jerar, Tanvil, Kurjust, Revoyon və Mal yaşayış qəsəbələrində X-XII əsrlərə aid 7 kilsənin bərpasına yardım etməsi də "Azərbaycan - tolerantlığın ünvanı" layihəsi çərçivəsində reallığa çevrilib.

Görülmüş bütün bu işlər, qazanılmış uğurlar, ilk növbədə Mehriban xanım Əliyevanın xeyirxahlıq, humanizm, vətənsevərlik hisslərinə, milli düşüncəyə söykənən fəaliyyətinin təşkilatçılıq və idarəetmə bacarığının bəhrəsidir.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər