Mədəniyyət

  • 1 052

“Ədibin Evi” Bilik Gününü “üç əsrin şahidi” olan məktəbdə qarşılayıb

image

Azərbaycanın görkəmli yazıçısı, alimi və pedaqoqu Mir Cəlalın İçərişəhərdəki yaşadığı ünvanda yaradılan "Ədibin Evi"nin təşəbbüsü ilə Bilik Günü Bakının ən qədim məktəblərindən biri- Sabunçu rayonunda yerləşən "üç əsrin şahidi" kimi tanınan 67 saylı orta məktəbdə qeyd edilib.

Tədbirdə "BalakhanıOperatingCompany LTD"-nin dəstəyi ilə məktəblilərə Azərbaycan və dünya ədiblərinin klassik əsərlərindən ibarət kitab kolleksiyası ayrıca güşə şəklində hədiyyə edilib.

Güşənin açılış mərasimindən sonra yuxarı sinif şagirdləri ilə keçirilən açıq dərsdə bir sıra natiqlər biliyin gənclərimizə açacağı parlaq yollardan bəhs ediblər. "Ədibin Evi"nin icraçı direktoru Şəfəq Mehrəliyeva vurğulayb ki, kitab yeganə hədiyyədir ki, verdiyi bilikləri ömür boyu içimizdə daşıyır, təkrar-təkrar istifadə edir, tükətmirik. Məhz onların hesabına hər bir insan istənilən arzu və xəyallarını gerçək edir.

"Balakhanı Operating Company LTD"-nin prezidenti Rövşən Rzayev isə təhsilin Azərbaycan milli kimliyinin ayrılmaz hissəsi olduğunu vurğulayıb. 67 saylı orta məktəb bunun təcəssümüdür, çünki məktəb XIX əsrin sonunda keçirilən Neft Sənayeçiləri Qurultayında Balaxanı- Sabunçu-Ramana neft mədənlərində işləyən fəhlələrin uşaqlarını təhsilləndirmək üçün 1897-ci ildə açılmışdır. Abşeronun ən qədim qara neft mədəni olan Balaxanı ilə məktəb arasında müqayisə aparan Rövşən Rzayev əlavə edib ki, hər iki təsisatın divarları Vətənimizin tarixini yaşadır. Onun irsini yaşatmaq isə təhsilli gənclərimizin üzərinə düşür. Şirkətin prezidenti fəaliyyətlərinin "sosial məsuliyyət" istiqaməti çərçivəsində yerli icmaya xdimət edən bu məktəbə daim dəstək göstərəcəklərini qeyd edib.

Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafisə İdarəsinin rəis müavini Günel Səfərova isə "üç əsrin şahidi" məktəbinə Təhsil Nazirinin salamlarını çatdıraraq icmada fəaliyyət göstərən şirkətlərlə məktəblər arasında əməkdaşlığın qurulmasınıyükəskqiymətləndirib. O xatırladıb ki, şagirdlərimizin keyfiyyətli təhsil alması yalnız məktəbin üzərində düşməməli, icmanın da paylaşdığı öhdəlik olmalıdır.

Açıq dərs şagirdlərdən sual-cavab sesiyyası ilə davam edib. Yuxarı sinif şagirdi Cəmil Şirinov ingilis dilində yazdığı "OldChapRudy" kitabını qonaqlara hədiyyə edərək, gələcəkdə onlar kimi dünyanın aparıcı xarici universitetlərində təhsil almaq arzusu ilə paylaşıb.

Digər xəbərlər