PDF Oxu

Mədəniyyət

  • 4 037

Bursada Qərbi Azərbaycanın tarixi, mədəniyyəti və mətbəxi tanıdılıb

image

Türkiyənin Bursa şəhərində Qərbi Azərbaycanın tarixi, mədəniyyəti və mətbəxinin tanıdılması ilə bağlı tədbir keçirilib. SİA xəbər verir ki, Bursa Azərbaycan İnnovasiya və Həmrəylik Dərnəyinin dəstəyi, Peşəkar Qənnadçılar, Gənclərin Töhvəsi İctimai və Azərbaycan - Türkiyə Qida Təhlükəsizliyi birliklərinin təşkilatçılığı ilə baş tutan tədbirdə bu şəhərdə yaşayan azərbaycanlılar və yerli sakinlər iştirak ediblər.Əvvəlcə Türkiyə və Azərbaycan şəhidlərinin xatirəsi yad edilib, hər iki ölkənin Dövlət Himni səsləndirilib.Mərasimdə çıxış edən Bursa Azərbaycan İnnovasiya və Həmrəylik Dərnəyi sədri Lətifə Nağdəliyeva, Azərbaycan - Türkiyə Qida Təhlükəsizliyi Birliyinin rəhbəri Məhsəti Hüseynova və Gənclərin Töhfəsi İctimai Birliyinin başçısı Asim Vəliyev Azərbaycanla Türkiyə arasındakı qardaşlıq əlaqələrini qeyd edərək, hər iki ölkə arasında qaşılıqlı fəaliyyətlərin vacibliyini vurğulayıblar.Natiqlər Qərbi Azərbaycanın tarixi, mədəniyyəti, mətbəxi və ənənəvi yeməkləri haqqında qonaqlara geniş məlumat veriblər.Sonra Peşəkar Qənnadçılar Birliyinin sədri Eynur Nağdəliyev və onun müavini Roman İmamquliyev Qərbi Azərbaycan mətbəxi və şirniyyatları haqqında danışıb, qonaqlara xüsusi hazırlanan Azərbaycanın milli şirniyyatlarını təqdim ediblər.

Digər xəbərlər

Metyu Perrinin şəxsi əşyaları hərraca çıxarılıb...

Təşəbbüs asılılıqdan əziyyət çəkən insanlara kömək etməyi hədəfləyir...

Merilin Monronun görünməmiş fotoları ortaya çıxıb...

60 ildən sonra unikal bir arxiv ictimaiyyətə açıqlandı…

İki film Tom Kruzu necə yeni səviyyəli ulduz etdi...

Onlar onu Hollivudun əsas ulduzuna çevirdilər...

“Mən nəyəsə inanıram, amma nəyə inandığımı deyə bilmirəm...”

Çulpan Xamatova 14 yaşında “şüuraltı” vəftizindən danışıb və tatar dilində danışmadığını etiraf edib