Fevralın 3-də İçərişəhərdə Azərbaycanının tanınmış rəssamı və keramika ustası Mir Teymur Məmmədovun İngiltərəli həmkarı İrina Denev ilə birgə yaratdığı keramika əsərlərindən ibarət sərginin nümayişi baş tutub. Sərgi üç gün davam edən "Duet Simpozium"un nəticəsi olaraq ərsəyə gəlib.
Tədbirdə Mədəniyyət Nazirliyinin nümayəndələri, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəhbərliyi və kollektivi, “İçərişəhər” Ağsaqqallar Şurasının üzvləri, qədim şəhərin sakinləri, Mir Teymur Məmmədovun sənət dostları, o cümlədən incəsənət xadimləri iştirak ediblər.
Mir Teymur Məmmədov və İrina Denevin birgə əməkdaşlığı yalnız Azərbaycanın beynəlxalq sənət aləmində tanıdılmasına töhfə vermir, eyni zamanda dünyanın fərqli bölgələrindən gələn zəngin keramika ənənələrini birləşdirərək sənətsevərlərə yeni və fərqli təcrübə təqdim edir. Bu kimi yaradıcılıq layihələri mədəniyyətlərarası əlaqələrin inkişafına və sənətin müxtəlif üslublarının qarşılıqlı təsirinə dəyər qatır.
Mətləb Salahov
Təşəbbüs asılılıqdan əziyyət çəkən insanlara kömək etməyi hədəfləyir...
60 ildən sonra unikal bir arxiv ictimaiyyətə açıqlandı…
Onlar onu Hollivudun əsas ulduzuna çevirdilər...
Çulpan Xamatova 14 yaşında “şüuraltı” vəftizindən danışıb və tatar dilində danışmadığını etiraf edib