Putini dəstəkləyən rusiyalı aktyor Yevgeni Petrosyan hazırda reanimasiyadadır. O, təcili əməliyyata hazırlanır. SİA-nın məlumatına görə, bu barədə "112" Telegram kanalı bildirib.
Aktyor bu gün səhər özünü pis hiss edib. 79 yaşlı Yevgeni Petrosyan Moskvanın mərkəzindəki öz evindən xəstəxanaya yerləşdirilib. Yaxınları təcili yardım çağırıb.
Məlumdur ki, komediyaçı hazırda şok reanimasiyasındadır, mədə-bağırsaq qanaxması var; Həkimlər əməliyyat etmək və qanaxmanı dayandırmaq üçün onun vəziyyətini stabilləşdirməyə çalışırlar.
Hələlik başqa təfərrüatlar açıqlanmayıb.
Qeyd edək ki, Petrosyan son vaxtlar tez-tez xəstəxanaya yerləşdirilib, ötən ilin mayında ürək xəstəliyi və baş ağrıları səbəbindən xəstəxanaya yerləşdirilib.
Əli Babayev
Təşəbbüs asılılıqdan əziyyət çəkən insanlara kömək etməyi hədəfləyir...
60 ildən sonra unikal bir arxiv ictimaiyyətə açıqlandı…
Onlar onu Hollivudun əsas ulduzuna çevirdilər...
Çulpan Xamatova 14 yaşında “şüuraltı” vəftizindən danışıb və tatar dilində danışmadığını etiraf edib