PDF Oxu

Mədəniyyət

  • 3 671

Ölkəmiz beynəlxalq simpoziumda iştirak edib

image

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud İstanbul şəhərində keçirilən “Beynəlxalq simpozium: Milli sarayların yüz ili” adlı beynəlxalq tədbirdə iştirak edib.

Qoruq İdarəsindən verilən məlumata görə, tarixi-mədəni irsin qorunması, abidələrin bərpası və muzeyləşdirilməsi sahəsində beynəlxalq təcrübənin müzakirəsi baxımından mühüm əhəmiyyət kəsb edən simpoziumda dünyanın müxtəlif ölkələrindən gələn saray muzeyləri və tarix-mədəniyyət qoruqlarının rəhbərləri, eləcə də elm adamları iştirak edərək irs abidələrinin idarə olunması, bərpası, davamlı inkişafı, muzeyləşdirmə və muzey kolleksiyalarının qorunması mövzusunda məruzələrlə çıxış ediblər.

Tədbir çərçivəsində təşkil olunan sessiyada İdarə Heyətinin sədri “Mühafizədən təqdimata: İçərişəhərin abidələrinin muzeylərə çevrilməsi” mövzusunda çıxış edərək abidələrin qorunması, bərpası və muzeyləşdirilməsi üzrə görülən işlər və əldə olunan təcrübələr barədə məlumat verib.

Səfər çərçivəsində Rüfət Mahmud İstanbulun UNESCO Ümumdünya İrs Siyahısına daxil olan dörd tarixi abidənin idarəçiliyinə məsul olan İstanbul Tarixi Alanları İdarəsinin rəhbəri Mustafa Tural ilə görüşüb. Görüşdə qoruqların idarə olunması sahəsində təcrübə mübadiləsi və gələcək birgə əməkdaşlıq imkanları müzakirə edilib.

Digər xəbərlər

Metyu Perrinin şəxsi əşyaları hərraca çıxarılıb...

Təşəbbüs asılılıqdan əziyyət çəkən insanlara kömək etməyi hədəfləyir...

Merilin Monronun görünməmiş fotoları ortaya çıxıb...

60 ildən sonra unikal bir arxiv ictimaiyyətə açıqlandı…

İki film Tom Kruzu necə yeni səviyyəli ulduz etdi...

Onlar onu Hollivudun əsas ulduzuna çevirdilər...

“Mən nəyəsə inanıram, amma nəyə inandığımı deyə bilmirəm...”

Çulpan Xamatova 14 yaşında “şüuraltı” vəftizindən danışıb və tatar dilində danışmadığını etiraf edib