Beynəlxalq Muğam Mərkəzinin (BMM) direktoru, Əməkdar artist, tarzən, Özbəkistanın mədəniyyət elçisi Sahib Paşazadə və BMM-in solisti, Əməkdar artist, nağara ifaçısı Kamran Kərimov Dünya Mədəniyyət Festivalında “Ulduzların iştirakı ilə təntənəli konsert” də iştirak ediblər. Sənətkarların ifasında “Heyratı” zərb muğamı və kompozisiyası, “Bayatı Şiraz” üzərində muğamlar və rəqslərdən ibarət kompozisiya, Pakistan milli musiqisindən ibarət proqram təqdim olunub. Bunu SİA-ya açıqlamasında Muğam Mərkəzinin mətbuat xidmətinin rəhbəri Lalə Azəri deyib.Onun sözlərinə görə, məşhur sənətçilərinin də qatıldığı konsert proqramı Pakistanın Kəraçi şəhərində ikinci dəfə təşkil olunur.“Yüksək səviyyədə keçirilən festivalda Sahib Paşazadə və Kamran Kərimovun ifaları, Azərbaycan muğamı, musiqi alətlərimiz böyük sevgi ilə qarşılanıb. Konsertdə tamaşaçı izdihamı müşahidə olunub. Proqramda, həmçinin Pakistanın tanınmış ifaçıları Faris Şəfi, Miişa Şəfi, Gizri, Darabu da çıxış ediblər”,- deyə L.Azəri əlavə edib.
Sənətçi özünü amerikalı rokçuya bənzəməyə başladığını düşünürdü, amma nəsə səhv getdi..?
Tom Kruz və Bred Pitt arasında baş verən dava internetdə böyük müzakirələrə səbəb olub...