PDF Oxu

Mədəniyyət

  • 2 746

Sayat Kamşıger: "Qarabağ" kitabımın beynəlxalq mükafatlara layiq görülməsi məni çox sevindirdi - EKSKLÜZİV

image

Xəbər verdiyimiz kimi Bakıda qazax yazıçı, Qazaxıstan Yazıçılar Birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin Məsləhət Şurasının üzvü, şair-publisist Sayat Kamşıgerin "Qarabağ" kitabının təqdimat mərasimi keçirilib.

https://sesqazeti.az/news/culture/1330399.html

Müəllif tədbirdən sonra "Səs" qəzetinə verdiyi eksklüziv açıqlamasında kitab haqda danışıb.

"Bu kitab- “Qarabağ” kitabı 2025-ci ildə "PEN International" tərəfindən Avstraliyanın Sidney şəhərində mükafata layiq görüldü. “İlin ən yaxşı kitabı” nominasiyası üzrə Prezident mükafatını qazandı. 2025-ci ilin dekabr ayında "Sydney Opera House" binasında bu əsərə layiqli mükafat təqdim olundu. Məni ən çox sevindirən məqam isə Azərbaycan dilində yazılmış bir kitabın dünya ədəbiyyatında yüksək qiymətləndirilməsi oldu. Bu, mənim üçün çox böyük sevinc və qürur idi.

İndi isə mən bu kitabın təqdimatı üçün Azərbaycana– Bakıya gəlmişəm. Gələcəkdə kitabı türk, qırğız, özbək, saxа (yakut), tatar və başqırd dillərinə də tərcümə etməyi planlaşdırıram. Çünki bütün türk xalqlarının taleyi birdir, kökü birdir, tarixi birdir.

Biz Azərbaycan xalqının Qarabağı necə geri qaytardığını nümunə götürməliyik. Onların vətəndaşlarının vətənpərvərliyi, milli ruhu və dövlət sevgisi bizim üçün örnək olmalıdır.

Allah eləməsin, gələcəkdə ölkəmizdə çətinliklər olsa, Azərbaycan xalqının əsgərlərinin qəhrəmanlığı bizim üçün nümunə olacaq"- Sayat Kamşıger bildirib.

Müəllif türk dünyası haqda növbəti kitablar üzərində işlədiyni deyib və tezliklə onların da təqdimatının keçiriləcəyini bildirib. Yazıçıya əbədi fəaliyyətində uğurlar arzu edirik.

Elçin Bayramlı

Digər xəbərlər