PDF Oxu

Mədəniyyət

  • 2 729

Azərbaycanın süni intellektlə hazırlanan ilk tarixi sənədli filmi - VİDEO

image

AzTV “Tariximizlə qürur duyuruq” adlı yeni silsilə filmlər layihəsinə start verib. Layihənin ilk ekran işi “Sultan Həsən Bahadur” adlanıb.

Film Ağqoyunlu dövlətinin görkəmli hökmdarı, tarixə Uzun Həsən kimi düşən qüdrətli sərkərdənin hakimiyyət dövrünü, həyat yolunu və hərbi uğurlarını əhatə edir. Eyni zamanda ekran əsərində onun anası Sara Xatunun dövrünün nüfuzlu dövlət xadimi kimi fəaliyyəti və siyasi müdrikliyi də xüsusi diqqət mərkəzində təqdim olunur.

“Tariximizlə qürur duyuruq” layihəsi Azərbaycan efir məkanında bir yeniliyə də imza atıb. Belə ki, “Sultan Həsən Bahadur” filmi bədii təsvir baxımından 100 faiz süni zəka texnologiyaları vasitəsilə hazırlanmış ilk tarixi ekran əsəridir.

Filmin ssenari müəllifləri Sərvər Bayramov, Mahir Qəribov və Sevda Hüseyndir. Layihənin məsləhətçisi isə tarix üzrə fəlsəfə doktoru Səbuhi Əhmədovdur. Qeyd edək ki, layihənin əsas məqsədi Azərbaycan tarixinin mühüm şəxsiyyətlərini və şanlı keçmişini müasir təqdimat üslubunda geniş auditoriyaya çatdırmaqdır.

Filmin anonsunu linkə keçid edərək izləyə bilərsiniz:

Digər xəbərlər

Metyu Perrinin şəxsi əşyaları hərraca çıxarılıb...

Təşəbbüs asılılıqdan əziyyət çəkən insanlara kömək etməyi hədəfləyir...

Merilin Monronun görünməmiş fotoları ortaya çıxıb...

60 ildən sonra unikal bir arxiv ictimaiyyətə açıqlandı…

İki film Tom Kruzu necə yeni səviyyəli ulduz etdi...

Onlar onu Hollivudun əsas ulduzuna çevirdilər...

“Mən nəyəsə inanıram, amma nəyə inandığımı deyə bilmirəm...”

Çulpan Xamatova 14 yaşında “şüuraltı” vəftizindən danışıb və tatar dilində danışmadığını etiraf edib