PDF Oxu

Mədəniyyət

  • 2 247

Bakıda II “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” Forumu keçirilib - FOTO

image

2026-cı il iyunun 25-də Bakı şəhərində - Beynəlxalq Muğam Mərkəzində “Körpü” Türkman İrsi Araşdırmaları Mərkəzi İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının QHT Agentliyinin tərəfdaşlığı ilə II “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” Forumu işə başlayıb.

Forumda İraq, Suriya, Livan və Türkiyədən 30 nəfərə yaxın vətəndaş cəmiyyəti təmsilçisiləri iştirak edir. Tədbir türkman irsinin qorunması, ortaq tarixi-mədəni dəyərlərin təbliği, vətəndaş cəmiyyətləri arasında əməkdaşlıq və həmrəyliyin gücləndirilməsi məqsədini daşıyır.

Forumun açılış mərasimində Milli Məclisin sədr müavini, akademik Rafael Hüseynovun, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, Milli Məclisin deputatı Rizvan Nəbiyevin, mədəniyyət nazirinin müavini Səadət Yusifovanın, İraq parlamentinin kərküklü deputatı, “İraq Türkman Cəbhəsi”nin lideri Ərşad Salihinin, Suriya parlamentinin hələbli deputatı Tarık Sulo Cevizcinin, Livanda “Azərbaycan Evi” nin rəhbəri Xalid Ganinin, Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlının, İraqdakı Füzuli Mədəniyyət Mərkəzinin sədri Haşim Kamil Mustafanın və “Körpü” Türkman İrsi Araşdırmaları Mərkəzinin sədri Orxan İsayevin çıxışları olub.

Forum çərçivəsində Azərbaycanın QHT Agentliyinin donorluğu ilə “Bizi Birləşdirən Mədəniyyət” İctimai Birliyi “Kərkük Oğuz Gözəli” adlı yeni musiqi əsərini ilk dəfə ictimaiyyətə təqdim edib. Mahnının sözlərinin müəllifi akademik Rafael Hüseynov, bəstəkarı Xalq artisti Siyavuş Kərimidir. Əsəri Əməkdar artist, görkəmli vokal ustası Ramil Qasımov ifa edib. Estrada-simfonik orkestr və xor kollektivinin də iştirakı ilə yüksək estetik zövqlə işlənilmiş əsər Kərkükün qədim Oğuz-türk ruhunu, Azərbaycanla mənəvi tellərini canlandırır.

Daha sonra musiqi əsərinin mətnindəki “Nə yaxınmış uzaqlar” ifadəsi ilə adlandırılmış - “Nə yaxınmış uzaqlar” adlı panel müzakirəsinin keçirilib. Türkman irsi üzrə tədqiqatçı, AR Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri Elnur Mustafayevin moderatorluğu ilə baş tutan paneldə professor, Əməkdar elm xadimi, türkmanşünas Qəzənfər Paşayev, İraqın Türkman Alimlər Birliyinin sədri Nebil Şahin Kifrili, Suriya Türkman Platformasının və Suriya Türkman Məclisinin qurucusu Esat Arber Hasan, İraq Türkləri Mədəniyyət və Xeyriyyə Birliyinin sədri Eyüp Kərəm, Suriya Türkman Dərnəkləri Federasiyasının rəhbəri Ali Bedo Mustafa məruzələrlə çıxış edib.

Forum bədii hissə ilə başa çatıb.

Qeyd edək ki, Forum Naxçıvanda iyunun 23-24-də öz işinə başlamışdı və iyunun 25-də Bakıda başa çatdı.

Elçin Bayramlı

Digər xəbərlər