PDF Oxu

Mədəniyyət

  • 9

“Dünya uşaq ədəbiyyatının inciləri” beynəlxalq kitab sərgisi

“Dünya uşaq ədəbiyyatının inciləri” beynəlxalq kitab sərgisi
"Uşaq ili" ilə əlaqədar dekabrın 9-da F.Köçərli adına Respublika Uşaq Kitabxanasında "Dünya uşaq ədəbiyyatının inciləri" mövzusunda beynəlxalq kitab sərgisi keçiriləcəkdir.
Tədbirin məqsədi kitab mədəniyyətinin, dünya uşaq ədəbiyyatı nümunələrinin təbliği və ona maraq yaratmaqdır. Kitabxanaya hədiyyə ediləcək bu kitablar nadir nüsxələr fondunda saxlanılacaq və geniş oxucu kütləsinin istifadəsinə veriləcəkdir.
ABŞ, Böyük Britaniya, Almaniya, Rusiya, Ukrayna, Belorus, Gürcüstan, Türkmənistan, Rumıniya, Latviya, Litva, Hindistan, Misir, İtaliya və digər ölkələrin səfirlikləri öz uşaq ədəbiyyatlarını kitabxanada nümayiş etdirməklə, təkcə uşaq ədəbiyyatı ilə məşğul olan nəşriyyatların, redaktorların, yazarların deyil, həmçinin, uşaqların da diqqətini cəlb etmək istəyirlər.
Tədbirdə səfirliklərin və ictimaiyyətin nümayəndələri, kitabxana rəhbərləri, məktəblilər iştirak edəcəklər.

Digər xəbərlər