PDF Oxu

İqtisadiyyat

  • 6 846

DOST Agentliyi və BDU arasında Birgə Fəaliyyət Planı imzalanıb

image

Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi və Bakı Dövlət Universiteti (BDU) arasında imzalanmış anlaşma memorandumunun icrası üzrə Birgə Fəaliyyət Planı imzalanıb. Sənədi DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov və BDU-nun rektoru Elçin Babayev imzalayıblar. Sözügedən Birgə Fəaliyyət Planı 6 fəaliyyət istiqaməti üzrə 22 tədbiri əhatə edir.DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov qeyd edib ki, imzalanan Birgə Fəaliyyət Planı qarşılıqlı əməkdaşlığın inkişafına, təcrübə mübadiləsinin təkmilləşdirilməsinə, sosial təminat və məşğulluq sahəsində vətəndaş məmnunluğunun təmin edilməsinə töhvə verəcək.BDU-nun rektoru Elçin Babayev Plana uyğun olaraq BDU ilə DOST Agentliyinin iştirakı ilə sosial əhəmiyyət kəsb edən istiqamətlərdə yerli və beynəlxalq təşkilatlarla birgə layihələrin həyata keçirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.Görüşdə həmçinin Birgə Fəaliyyət Planına uyğun olaraq "DOST" mərkəzlərində yaradılması nəzərdə tutulan "Sosial iş və psixologiya klinikası"nın əhəmiyyəti qeyd edilib.Qeyd edək ki, DOST Agentliyi ilə Bakı Dövlət Universiteti arasında birgə əməkdaşlığa dair Anlaşma memorandumu ötən ilin aprel ayında imzalanıb.

Digər xəbərlər

Reuters: Kreml tərəfdarları arasında belə narazılıq artır

Rusiya müharibə naminə təhsil və sosial xərcləri azaldacaq...

“Barrel” əməliyyatı: Rusiyada minlərlə ton neft məhv edilib

Ukrayna kəşfiyyatı Rusiya dəmir yolu logistikasına qarşı təxribat barədə məlumat verib...

Rusiyada əmlakın müsadirə edilməsinin yeni bir üsulu tətbiq edilib

Kreml yanacaqdoldurma məntəqələri şəbəkələrini öz üzərinə götürüb...