Dünya bazarında qızılın qiyməti təxminən 1 % artaraq tarixdə ilk dəfə 1 unsiyası 2 100 ABŞ dollarını keçib. SİA xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın dekabr fyuçersləri 17,7 ABŞ dolları və yaxud 0,85 % bahalaşaraq 1 unsiyası 2 107,15 ABŞ dolları olub.Gümüşün dekabr fyuçerslərinin qiyməti isə 0,1 % artaraq 1 unsiyaya görə 25,32 ABŞ dolları təşkil edib.Xatırladaq ki, dekabrın 13-də ABŞ Federal Ehtiyat Sisteminin (FED) növbəti iclası keçiriləcək.
“Keçmişin yanacağı” yenidən diqqət mərkəzindədir...
Ən azından pandemiyadan bəri...
Rusiya müharibə naminə təhsil və sosial xərcləri azaldacaq...
Ukrayna kəşfiyyatı Rusiya dəmir yolu logistikasına qarşı təxribat barədə məlumat verib...