PDF Oxu

İqtisadiyyat

  • 3 949

Azərbaycan sahibkarları güzəştli kredit alıb

image

İndiyə qədər İpoteka və Kredit Zəmanət Fondunun zəmanəti ilə Azərbaycan sahibkarlarına güzəştli şərtlərlə 550 milyon manata yaxın kredit verilib, bunun 118,6 milyon manatı 2024-cü ilin payına düşüb. SİA bu barədə Fonda istinadən xəbər verir.Xatırladaq ki, ölkə Prezidentinin 29 noyabr 2017-ci il tarixli fərmanı ilə ölkədə ilk dəfə sahibkarların müvəkkil banklardan manatla aldıqları kreditlərə zəmanətin və bu kreditlər üzrə hesablanmış faizlərə görə subsidiya verilməsinə başlanılıb. Kredit-zəmanət mexanizminin formalaşdırılması və inkişaf etdirilməsi Fondun qarşısında prioritet vəzifə kimi müəyyən edilib.Sahibkarların maliyyə resurslarına çıxış imkanlarının artırılması və ödəniş yükünün azaldılması məqsədilə dövlət büdcəsindən ayrılmış vəsaitlər hesabına Fond 2018-2024-cü illərdə sahibkarlıq kreditlərinə hesablanmış faizlərə görə 47,4 milyon manat subsidiya verib.Zəmanət verilmiş kreditlər üzrə bankların müəyyən etdiyi orta illik faiz dərəcəsi 14,4 % olduğu halda, subsidiya hesabına bu göstərici 6,2 % olub.Zəmanət verilmiş kreditlər əsasən turizm və ictimai iaşə, ticarət, tikinti və kənd təsərrüfatı, sənayə sektorlarına, eləcə də sənaye məhsullarının istehsalı və emalı, qida sənayesi məhsullarının, habelə maşın və avadanlığın istehsalına yönəldilib. Verilən kreditlər hesabına maliyyələşən biznes layihələri çərçivəsində 6,5 mindən çox yeni iş yerinin açılması nəzərdə tutulub.

Digər xəbərlər

FT: Belarus 2021-ci ildən bəri ilk dəfə ABŞ-a kalium tədarük edəcək

Yerli şirkət Sankt-Peterburqda 30.000 ton dənəvər kalium xlorid yükləyib...

Rusiya iqtisadiyyatı çökür

Samara və Volqoqradda “pambıq” haqqında...

National Review: Dünya dizel yanacağı ilə işləyir...

“Keçmişin yanacağı” yenidən diqqət mərkəzindədir...

Reuters: Kreml tərəfdarları arasında belə narazılıq artır

Rusiya müharibə naminə təhsil və sosial xərcləri azaldacaq...

“Barrel” əməliyyatı: Rusiyada minlərlə ton neft məhv edilib

Ukrayna kəşfiyyatı Rusiya dəmir yolu logistikasına qarşı təxribat barədə məlumat verib...