İqtisadiyyat

  • 6 199

"Azərbaycan "Şimal-Cənub” layihəsində çox mühüm strateji əhəmiyyətli ölkədir" ŞƏRH-ÖZƏL

image

“Ölkəmizin tarixi İpək Yolu üzərində yerləşməsi bizə Şərq-Qərb və “Şimal-Cənub” nəqliyyat dəhlizlərini uğurla həyata keçirən mərkəz ölkə olmaq imkanı yaradıb. Prezident İlham Əliyev də bir sıra beynəlxalq tədbirlərdə daima haqlı olaraq bu layihənin geosiyasi əhəmiyyətinə xüsusi diqqət çəkərək ölkələr və regionlar arasında iqtisadi əməkdaşlığın inkişaf etdiriməsində, sabitlik və təhlükəsizliyin bərqərar olmasında onun mühüm töhfə verə biləcəyini vurğulayıb”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Nəzakət Məmmədova deyib.Azərbaycanın Çindən İngiltərəyə, Cənubi Asiya və Yaxın Şərqdən İran vasitəsilə Qərbi Avropaya qədər uzanan bir sıra meqalayihələrdə xüsusi yeri olan ölkə olduğunu deyən politoloq bildirib ki, ölkəmizin “Şimal-Cənub” layihəsində çox mühüm strateji əhəmiyyətli ölkə olmağı faktı Rusiya prezidenti Putin tərəfindən də xüsusi vurğulanıb.Onun sözlərinə görə, Rusiya prezident Vladimir Putin də “Şimal-Cənub” layihəsi üzrə mövcud olan 7 min kilometr uzunluğunda yolun böyük hissəsinin Azərbaycan və Rusiyadan keçdiyini qeyd edib: “Deməli, Azərbaycan həm də Qərbi Avropa ilə Yaxın Şərq, o cümlədən İran arasında mühüm körpü rolunda çıxış edir və deməli beynəlxalq sanksiyalar rejiminə deyil, əməkdaşlığa öz töhfəsini vermiş olur”.“Şimal-Cənub” layihəsinin regional üçtərəfli əməkdaşlıq, iqtisadi əlaqələr, kommunikasiyaların inkişafı baxımından əhəmiyyətli olduğunu vurğulayan N. Məmmədova söyləyib ki, “Şimal-Cənub” dəhlizi Avropa və Cənub-şərqi Asiya arasında sürətli və daha sərfəli ticarət əlaqəsi yaratmaq məqsədi daşıyır: "Prezident İlham Əliyev hələ 3 il öncə “Yaradacağımız “Şimal-Cənub” nəqliyyat dəhlizi ölkələrimizin həm təhlükəsizliyini, həm də iqtisadi maraqlarını təmin edəcəkdir” - deyə, qeyd etmişdi. Bu dəhliz Hindistandan Yaxın Şərq və Qafqaza, Mərkəzi Asiya və Avropaya qədər uzanan geniş ərazini birləşdirən layihədir. Gəmi, quru və dəmir yolları Hindistanın Mumbay limanı ilə İranın Bandea Abbas limanlarını, həmçinin Bakı, Həştərxan, Moskva, Sankt-Peterburq yollarını birləşdirərək Avropa və Skandinaviyaya uzanmalıdır”.Politoloq əlavə edib ki, bu layihə Çin, Rusiya və AB-ni də qane edir: “İranın ABŞ tərəfindən sanksiyalara məruz qaldığı bir dövrdə AB-nin yaxın müttəfiqi olan İranın dünyaya əsas çıxış yollarından biri Azərbaycandır. AB Azərbaycanın İrana münasibətinin və normal qonşuluq əlaqələrinin dəyişməz olaraq qalmasında maraqlıdır və ölkəmizi buna təşviq etməyə çalışır. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi Azərbaycan Şimal-Cənub, Şərq-Qərb nəqliyyat-kommunikasiya yollarının qovuşağında yerləşən tək, unikal ölkədir və bu, AB-nin diqqətini ölkəmizə çəkən amillərdən biridir”.

sia.az

Digər xəbərlər