İqtisadiyyat

  • 14 974

“Ticarətə Hazır” layihəsinin ikinci mərhələsinin ilk təlimi baş tutub

image

“Ticarətə Hazır” layihəsinin ikinci mərhələsinin ilk təlimi baş tutub. SİA xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Azexport.az portalı Beynəlxalq Ticarət Mərkəzi (ITC - International Trade Center) ilə birlikdə “Ticarətə Hazır” layihəsi çərçivəsində “e-Logistcs” mövzusunda ilk təlimi həyata keçirib.Sinqapur Loqistika Assosasiyasının idarə heyətinin üzvü, ASEAN-nın və digər nüfuzlu qurumların nümayəndəsi olan EE Khong Kie, Max-ın təqdimatında həyata keçirilən təlimdə ümumilikdə 100 dən artıq şəxs iştirak edib. Təlimin ilk günündə iştirakçılara loqistika əməliyyatları, loqistika infkrastrukturu, COVİD-19 dövründə loqistikanın təşkili, həmçinin, beynəlxalq loqistikanın sinifləndirilməsinə dair ilkin məlumatlar təqdim olunmuşdur. Layihənin növbəti təlimləri 7,11,14 avqust tarixlərində baş tutacaq.Qeyd edək ki, “ZOOM” tətbiqi vasitəsi ilə ingilis dilində keçirilən və Azərbaycan dilinə tərcümə olunan təlimin sonunda 70 faizdən yüksək iştirak göstəricisi olan şəxslər “QR” qorunma nişanı ilə təchiz olunmuş elektron sertifikatla təmin olunacaqlar.

sia.az

Digər xəbərlər