PDF Oxu

İqtisadiyyat

  • 16 841

Qəbələnin təsərrüfatlarında payızlıqların səpini üçün yay şumu çıxarılır

image

Qəbələ rayonunun təsərrüfatlarında payızlıqların səpini üçün yay şumunun çıxarılmasına başlanılıb. Qısa müddətdə təsərrüfatlarda 3500 hektaradək sahədə yay şumu qaldırılıb. Bu ilin payızında rayonda 2021-ci ilin məhsulu üçün 19,5 min hektar sahədə payızlıq dənlilərin səpini proqnozlaşdırılır.Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Elimdar Şərifov məlumat verib.Xatırladaq ki, cari mövsümdə qəbələli fermerlər 19 min 450 hektar taxıl sahəsindən 64 min 670 ton məhsul götürüblər. Hər hektara görə orta məhsuldarlıq 33,2 sentner təşkil edib.Qurum rəsmisinin sözlərinə görə, taxıl biçini başa çatmış ərazilərdə təkrar qarğıdalı əkini aparılıb. Torpaq mülkiyyətçiləri bu il 700 hektar sahədə dən və silos üçün təkrar qarğıdalı əkiblər. Rayon üzrə təkrar əkinlər ən çox Vəndam qəsəbəsinin, həmçinin Yenikənd, Tüntül, Hacıalılı kəndlərinin ərazilərində aparılıb. Təkrar əkin aparılmış sahələrin suvarılması təmin olunub və yaxşı bitiş alınıb.
AZƏRTAC

Digər xəbərlər

Reuters: Kreml tərəfdarları arasında belə narazılıq artır

Rusiya müharibə naminə təhsil və sosial xərcləri azaldacaq...

“Barrel” əməliyyatı: Rusiyada minlərlə ton neft məhv edilib

Ukrayna kəşfiyyatı Rusiya dəmir yolu logistikasına qarşı təxribat barədə məlumat verib...

Rusiyada əmlakın müsadirə edilməsinin yeni bir üsulu tətbiq edilib

Kreml yanacaqdoldurma məntəqələri şəbəkələrini öz üzərinə götürüb...